Ana Sayfa > Partiya > Tanınmış siyasilərin İKİNCİ PEŞƏLƏRİ

Tanınmış siyasilərin İKİNCİ PEŞƏLƏRİ


29-10-2015, 12:00. Yazar: admin
Siyasi xadimlərin əsas fəaliyyətləri ilə yanaşı cəmiyyət tərəfindən hər zaman onların birinci (və ya ikinci) peşələri də maraqla qarşılanıb. Onların əsl ixtisas sahələri ara-sıra sosial şəbəkələrdə, ayrı-ayrı qeyri-rəsmi müsahibələrdə gündəmə gəldikdə yaxşı mənada təəccüblərə və heyrətlərə səbəb olur.

Tanınmış siyasilərin İKİNCİ PEŞƏLƏRİ

Hafta.az bu dəfə Azərbaycanın siyasət sferasının son illər ən populyar simalarına çevrilmiş politonların əsl və ya ikinci peşələrini sizə təqdim edir.

Tanınmış politoloq, Şərq-Qərb Siyasi Araşdırmalar Mərkəzinin (ŞQSAM) rəhbəri Ərəstun Oruclu ixtisasca həkimdir. O, Sovet İttifaqı zamanında Akademik Pavlov adına 1-ci Leninqrad Tibb İnstitutunda ali tibb təhsili alıb. Politoloq ixtisasca anestezioloq-reanimatoloqdur. Qeyd edək ki, Ərəstun Oruclu Azərbaycan müstəqillik əldə etdikdən bir müddət Milli Təhlükəsizlik Nazirliyində də çalışıb. Tanınmış politoloq həm də "Azərbaycan 13" hərakatının yaradıcılarından biridir.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov isə siyasi fəaliyyətindən daha əvvəl Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. Məlumat üçün qeyd edək ki, millət vəkili Siyavuş Novruzov 10 yaşından güləş idman növü ilə məşğul olub. Maraqlıdır ki, o, 1988-ci ildə hətta SSRİ çempionu da olub.

Vaxtilə El Hərəkatının həmtəhsisçilərindən olan Eldəniz Quliyev indi də Milli Şuranın Koordinasiya Şurasının üzvü kimi siyasi fəaliyyətini davam etdirir. Hazırda daha çox siyasi fəaliyyəti ilə gündəmə gələn Eldəniz bəyin əsl peşəsi isə ssenaristdir. Onun “Üçatılan”, “Tilsimli dərə”, “Təpəgöz” kimi tamaşaları Azərbaycan və Polşa teatrlarında tamaşaya qoyulub. Eldəniz Quliyev həm də “Cin mikrorayonda”, “Bircəciyim”, “Haray”, “Süd dişinin ağrısı” kimi məşhur filmlərin də ssenari müəlliflərindəndir.

Hazırki Müsavat Partiyası başqanı Arif Hacılı isə ixtisasca jurnalistdir. O, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. İlk gəncliyi illərində inşaat briqadasında fəhlə, yerli radio verilişləri redaksiyasında redaktor işləyib.

Ümid Partiyasının sədri İqbal Ağazadə ixtisasca şərqşünasdır. O, BDU-nun şərqşünaslıq fakultəsi ilə yanaşı Kiyev Dövlət Universitetinin hüquq fakultəsini də bitirib. O, gənc yaşlarında peşəkar ağırlıqqalıHazırda millət vəkili olan İqbal Ağazadə 1987-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri arasında ağırlıqqaldırma üzrə ikinci yeri tutmaqla yanaşı, idman ustası da olub.

Növbəti yazımızda diğər siyasilərimiz barədə də məlumat verəcəyik.

Geri dön