Ana Sayfa > Partiya > Ali Məhkəmə KXCP sədri ilə bağlı qərarı ermənilərə göndərib?

Ali Məhkəmə KXCP sədri ilə bağlı qərarı ermənilərə göndərib?


27-10-2015, 12:54. Yazar: admin
Ali Məhkəmə KXCP sədri ilə bağlı qərarı ermənilərə göndərib?
KXCP sədri Mirmahmud Mirəlioğlunun səlahiyyətli nümayəndəsi Elşən Həşimov Moderator.az-a açıqlamasında Ali Məhkəmədən barələrindəki məhkəmə qərarını ala bilmədiklərini söyləyib. E.Həşimovun sözlərinə görə, bununla bağlı dəfələrlə hakimin köməkçisinə müraciət etsələr də, qarşı tərəf sözün həqiqi mənasında gah nala, gah da mıxa vurub:
“Bildiyiniz kimi, 43 saylı Sumqayıt 3-cü seçki dairəsində əsassız olaraq namizədliyi qeydə alınmayan KXCP lideri Mirmahmud Mirəlioğlunun səlahiyyətli nümayəndəsi olaraq öncə DSK-nın qərarndan MSK-ya, sonra isə MSK-nın əsassız qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə, daha sonra isə Ali Məhkəməyə müraciət etdik. 21 oktyabr 2015-ci ildə Xəqani adlı hakimin sədrliyi ilə Ali Məhkəmədə 8 dəqiqəlik “komediya-məhkəmə” oldu. Qanunla 3 gün müddətində məhkəmə qərarını bizə verməli olduqlarına baxmayaraq, qərarı bizə verməkdən min cür bəhanə ilə imtina edirlər.
Belə ki, hakimin köməkçisi gah deyir qərarı ünvana göndərmişik! Halbuki, iddia ərizəsində göstərilən ünvan ərazisi işğal olan rayon – Qubadlı rayonu Qubadlı şəhəri olduğu üçün bu mümkün deyil. Mən bunu köməkçiyə xatırladanda köməkçi çaşdı və sizin qərarı Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişik söylədi. Bizə verilən bu cavabın qanunsuz olduğunu bilsək də, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etdik. Ordan isə bizə bildirdilər ki, bizə sizin işlə bağlı heç bir sənəd gəlməyib. Gəlsəydi belə, onu sizə verməyə ixtiyarımız yoxdur. Siz qərarı Ali Məhkəmədən almalısınız!
Göründüyü kimi, Ali Məhkəmənin hakimi Xəqani cənablarından haqqımızda çıxartdığı qərarı əldə edə bilmirik. Cənab Xəqani müəllim deyəsən çıxartdığı qərarın biabırçı qərar olduğunu anlayıb utandığından üzə çıxarda bilmir”.

Geri dön