Ana Sayfa > Partiya > “Heç kəs kresoloda ömürlük olmamalıdır”
“Heç kəs kresoloda ömürlük olmamalıdır”19-10-2015, 10:06. Yazar: admin |
Dünən AXCP Etimad Qurultayı baş tutub. Qurultayda Razi Nurullayev gizli səsvermə nəticəsində AXCP-nin sədri seçilib. Partiyanın mətbuat xidmətindən Vertikal.az-a daxil olan xəbərdə bildirilir ki, qurultayda tarixi bir qərara imza atılıb. Partiyanın Nizamnaməsinə edilən dəyişikliklə, eyni şəxs bundan sonra yalnız 2 dəfə partiyaya sədr seçilə biləcək. Bu isə AXCP tarixində bir ilkdir. Qurultay iştirakçılarından 208 nəfər dəyişikliyin lehinə, 2 nəfər əleyhinə səs verib. Səs saxlayan və bitərəf olanların sayı isə 2 olub. Bu qərarı şərh edən AXCP EQTK-nın sədri Razi Nurullayev bunu demokratiyanın qələbəsi və digər hakim və müxalifət partiyalara örnək kimi qiymətləndirib: “Bu, tarixi qərardır. Sədrin seçilmə müddətinin 2 dəfəyə endirilməsi olduqca vacibdir. Heç kəs kresoloda ömürlük olmamalıdır. Kreslo xalqa xidmət üçündür. Heç bir nəticə əldə edilməyəcəksə, o kresloda oturmaq olmaz”, deyə vurğulayıb”. Geri dön |