Ana Sayfa > Partiya > “Övlada görə valideyinin cəzalandırılması doğru deyil”
“Övlada görə valideyinin cəzalandırılması doğru deyil”3-04-2015, 11:04. Yazar: admin |
AMİP Mərkəzi Şurasının üzvü, politoloq Əli Orucov Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında məmurların övladlarına görə cəzalandırılması tendensiyasına münasibət bildirib. Politoloq ataların övladların məsuliyyətsizliyi və ya özbaşınalığına görə cəzalandırılmasını doğru hesab etmədiyini bildirib: “Ata oğula görə, oğul da atasına görə məsuliyyət daşımamalıdır. Söhbət hüquqi anlamdan gedir. Hər kəs atdığı addımın və törədiyi hərəkətin məsuliyyətini özü çəkməlidir. Ata neyləsin ki, oğulu qanusuzluqlar edib, pis tərbiyə alıb. Bəyəm hansı valideyin istəyər ki, övladı pis işlərlə məşğul olmaqla onun üzünü qara etsin. Təbii ki, heç bir valideyin istəməz. Tərbiyə evdən başlasa da, cəmiyyətin özündə formalaşır. Cəmiyyətdə kifayət qədər eybəcərliklər, yaramazlıqlar varkən insan burda necə yetişməlidir. Bu çox ciddi problemdir. Problemin kökünü daha çox cəmiyyətdəki haqsızlıqda və ədalətsizliklərdə axtarmaq lazımdır. Bü gün çoxları haram pullar hesabına harınlayıb, çoxlarının başı var-dövlət toplamağa, talançılığa qarışıb, çoxları şəxsi maraqları naminə haqqı nahaqqa qurban verir. Budur haqsızlıqların,bu kimi neqativ halların mənbəyi. Yoxsa övlada görə valideyinin cəzalandırılması qanunçuluq baxımdan da, insan haqları baxımından doğru yanaşma deyil. Amma nə yazıqlar ki, bu üsul məcburu xarakter daşıyır”. Geri dön |