Ana Sayfa > Partiya > "Ağ Blok"la Müsavat arasında gərginlik artır

"Ağ Blok"la Müsavat arasında gərginlik artır


8-10-2015, 12:54. Yazar: admin
"Ağ Blok"la Müsavat arasında gərginlik artır
“Ağ Blok” siyasi blokunu yaradan Müsavat Partiyasının üzvü Tural Abbaslı öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürüb. Bu isə Müsavat Partiyasının narazılığına səbəb olub.

Bildirək ki, Tural Abbaslının 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputatlığa namizədliyi də qeydə alınıb. “Ağ Blok” siyasi blokunun təsisçisi Tural Abbaslı Müsavat Partiyası ilə arasında yaranmış gərginlik barədə modern.az-a danışıb:

“Düşünürəm ki, bu məsələyə hüquqi və mənəvi tərəfdən yanaşmaq lazımdır.

Hüquqi baxımdan Müsavat Partiyası namizəd olduğum dairədən başqa bir namizəd irəli sürmüşdü, ancaq həmin şəxsin namizədliyi qeydə alınmadı. Digər tərəfdən də hüquqi baxımdan mənim də namizədliyimi irəli sürməyə səlahiyyətim çatır.

Artıq 1l ildən çoxdur ki, Müsavat Partiyasının üzvüyəm və partiyanın funksionerlərindən sayılıram.

Mənəvi tərəfdən isə partiya həmin dairədən namizəd irəli sürməməliydi, ən azı siyasi etiket baxımından belə bir addım atmamalıydı.

Çünki 2010-cu ildə də mən həmin dairədən namizədliyimi irəli sürmüşdüm. Qrup maraqları baxımından partiya məni dəstəkləməyə bilərdi, deyək ki, bu, onun bugünkü səlahiyyətləri daxilindədir. Amma ən azı uzun müddət birgə fəaliyyətdə olduğumuzu nəzərə almalıydı.

Namizəd irəli sürdülər özləri bilər, bu, onların qərar və seçimidir. Bu məsələ məni maraqlandırmır. Çünki keçən 1 ilə nəzər saldıqda, partiyada nələrin baş verdiyini və hansı “demokratik” inkişafın getdiyini düşünsək, partiyanın hansı addımları atacağını bilmək olar”.

Tural Abbaslı qeyd edib ki, artıq namizədliyi 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən qeydə alınıb və bu məsələ ilə bağlı ona heç bir təzyiq, olmayıb.

“Atdığım bu addım partiyanın siyasətinə qarşı davranış kimi qəbul edilə bilər. Belə olduğu halda istənilən addımı ata bilərlər”.

Geri dön