Ana Sayfa > Partiya > Tanınmış hüquqşünas QMİ-ni "yıxıb-sürüdü"
Tanınmış hüquqşünas QMİ-ni "yıxıb-sürüdü"2-10-2015, 12:21. Yazar: admin |
«Burada Qafqaz Müsəlmanları İdarəsinin 10.000 AZN əmək haqqı alan nümayəndələri öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Növbəlilik yoxdur, şəkərli xəstələr, təzyiqi olan qadınlar saat 14:00-dan 50 dərəcə istidə zülm çəkə-çəkə hava limanında gözlədiyi halda, 14 sentyabrda gələnlər yola salınır. Zəvvarlarla maraqlanan yox, su-yemək təklif edən yox». FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri Həcdən qayıdan tanınmış hüquqşünas Qurban Məmmədov Ciddə hava limanında qarşılaşdığı dəhşətli mənzərəni anladarkən bildirib. Onun sözlərinə görə, aeraportda ən tərbiyəsiz münasibət azərbaycanlılara qarşı olub: «Başqa ölkələrin zəvvarları hava limanına gələndən qısa müddət sonra yola salınır. Bizimkilər isə Məkkədə hotelə əlavə pul ödəməsinlər deyə, camaatı gətirib 50 dərəcə istidə töküblər hava limanına». Burda da yerlibazlıq, dostbazlıq məsələsinin olduğunu, insanlara sadəcə heyvani münasibət göstərilodiyini deyən hüquqşünas daha sonra gördüklərini belə anladır: «Bir qadının: "Bilsəydim belədir həcc ziyarətinə gəlməzdim" - deməsi ürəyimi ağrıtdı. Təyyarə olmaya bilər, ancaq zəvvarlara xidmət göstərmək, ən azından su ilə təmin etmək vətəndaşlardan 5000 dollar alan Qafqaz Müsəlmanları İdarəsinin vəzifəsidir». Geri dön |