Ana Sayfa > Partiya > Vaqif Hacibəyli AXCP rəhbərliyini siyasi ləyaqətsizlikdə suçladı
Vaqif Hacibəyli AXCP rəhbərliyini siyasi ləyaqətsizlikdə suçladı29-09-2015, 11:03. Yazar: admin |
AXCP-nin 27 sentyabrda keçirilən qurultayında Əli Kərimlinin və partiya rəhbərliyinə daxil olan şəxslərin yeganə əsl müxalifət kimi özlərini elan etmələri Əhrar Partiyasının sədri Vaqif Hacıbəylini qəzəbləndirib. Vaqif Hacıbəyli dünən özünün facebook səhifəsində qeyd edib ki, yurdçular əslində heç vaxt ön cəbhədə olmayıblar: “Yurdçular ”satqın istehsalı" ilə bağlı səslənən ittihamlara cavab kimi təzə arqument tapıblar, “biz ön cəbhədəyik, ona görə də bizdə itki çoxdu”. Nə vaxt öndə olmusuz, deyin, biz də bilək. Avropa Oyunlarının boykotuna qoşulmağa siyasi cəsarətiniz çatmadı, parlament seçkilərini boykot etməklə indiki məqamda da əsas hədəfiniz iqtidar deyil, əslində seçkilərdə iştirak etməməklə iqtidara seçkiləri rahat saxtalaşdırmaq üçün komfort şərait yaratmısız. İrtica ilə təkbaşına çarpışan Müsavatdır və bütün gücünüzlə Müsavata ləkə vurmaq üçün dəridən-qabıqdan çıxırsız. Əli Kərimli qurultaydakı çıxışında misal kimi 2 aprel mitinqini misal göstərdi ki, guya həmin mitinqdə öndə olublar. Amma çox nahaq. Mən sıravi cəbhəçilərin, həmin hadisələrdə müsbət cəhətdən fərqlənən bəzi AXCP yetkililərinin fədakarlıqlarına kölgə salmadan demək istəyirəm ki, bu prosesdə AXCP ümumilikdə çox neqativ rol oynayıb". V.Hacıbəyli sonra xatırladıb ki, 2011-ci ilin martında müxalifət İctimai Palatada birləşmişdi. Orada mitinq məsələsi müzakirə ediləndə Müsavat təklikdə qaldı və bu səbəbdən tarixi 12 mart mitinqini də müsavatçılar çox yüksək səviyyədə keçirib ölkədə siyasi durumu tam dəyişdirməyə nail oldu. Bunun ardınca Müsavatın uğuruna və birmənalı öncüllüyünə qısqanan AXCP əvvəl özü təkbaşına mitinq keçirəcəyini bəyan etdi: “Müsavatdan fərqlənmək üçün bəyan etdilər ki, ”biz zorakılığa zorakılıqla cavab verəcəyik". Bu məsuliyyətsiz bəyanatla iqtidara növbəti aksiyaya legitim güc tətbiq etməyə hüquqi əsas yaratmış oldular. Sonradan birgə təşkil edilən 2 aprel aksiyasında zorakılıqdan danışan “dil pəhləvanları” ümumiyyətlə aksiyaya qatılmadılar, guya hansısa “bunkerdən” prosesləri idarə edirmişlər. Vəd etdikləri “zorakılıq” isə avtobusun qapısının təpiklənməsindən o yana keçməsə də, bu cahillik ölkədə yeni repressiya dalğasının başlanmasına və hərəkatın yeni dalğasının siyasi iflasına gətirib çıxardı. Həbs olunan Müsavat yetkilisinə isə şər atdılar ki, o, iqtidarla oyun qurub həbsə girib ki, bu yolla reytinqini qaldırsın. Hətta AXCP-nin rəhbər orqanında təmsil olunan debillərdən biri bu absurd və iyrənc ittihamı İctimai Palatanın sessiyasındakı çıxışında da səsləndirdi. Həmin murdar açıqlamanı pisləyən bəyanatın məhbusların hüquqlarını müdafiə komitəsində qəbul edilməsinə isə başda Əli Kərimli, Gözəl Bayramlı və Nurəddin Məmmədli olmaqla, AXCP rəhbərliyi imkan vermədi. Budurmu öncüllük? Hər şeyin öz adı olduğu kimi bu hərəkətlərin də bir adı var-siyasi ləyaqətsizlik. Bu halda öncüllükdən danışmaq yersizdi, xüsusilə 2 aprel hadisələri kontekstində". V.Hacıbəyli vurğulayıb ki, AXCP-nin hədəfi həmişə Müsavat olub, bu gün də belədir: “Müsavat Partiyası hər zaman onların hədəfindədir. Bu gün də belədir. Heç bir ideoloji boşluqdan danışmağa lüzum yoxdur. Anti-Müsavat siyasi mövqelərində ardıcıl və israrlıdılar. Arada çamur atdıqları Rəsulzadənin portretini bu gün başlarının üstündən assalar da məhz belədir”. Geri dön |