Ana Sayfa > Partiya > "Natiq Ədilov Fransada yaşamaq üçün satqınlıq edirdi” - İDDİA
"Natiq Ədilov Fransada yaşamaq üçün satqınlıq edirdi” - İDDİA31-03-2015, 09:04. Yazar: admin |
“Bu gündən məşhur video sahibi olan Natiq Ədilov da Fransada yaşayacaq. Bütün günü gənclərin başını xarab edib "bu yaxınlarda hakmiyyətə Əli Kərimli gəlir və hər birinizə vəzifə verəcəyik" deyən adamın səsi Fransadan gəlir”. Hafta.az-ın məlumatına görə, bunu BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O, məsələni bu cür şərh edib: “Əli Kərimli hakimiyyətə gəlirdisə, sən Fransada nə gəzirsən?! Həmişə demişəm, bu adamlar yalançı və saxtakardılar. Yalnız öz maraqlarına xidmət edirlər. 5-10 gənci aldadıb, öz siyasətlərinin qurbanına çevirənlərin iç üzləri açılmaqdadır. Bu adamlar saxta müxalifətçilik edib, özlərinin həyat şəraitini dəyişdirirlər. Özləri də yaxşı bilirdilər ki, bunların hakmiyyətə gəlmələri xam xəyaldır. Natiq kimi adamlar sübut edir ki, Əli Kərimlinin yanında olmağın 3 faydası var: 1. Yaxşı qiymətə satılmaq. 2. Xaricə informasiya verib və oradan gələn sifarişləri yerinə yetirib dolanmaq. 3. Xaricdə yaxşı yaşamağın yolu. Kərimlinin təsirinə düşən gənclər başa düşməlidilər ki, bu adamlar ancaq öz həyat şəraitini yaxşılaşdırmaq üçün "radikal müxalifət" libası geyinirlər. Əli Kərimli öz həmyerlilərini, qohumlarını, ən yaxın adamlarını - Qənimət Zahidi, Aqil Xəlili, əmisi uşaqlarını, Natiqi və s. şəxsləri Fransada yaşamasını təşkil edir”. N.Orduxanlı onların nə üçün məhz Fransanı seçmələrini bu cür izah edib: “Maraqlıdır niyə bunlar Fransaya gedirlər? Hər kəs bilir ki, Azərbaycanın düşməni olan Ermənistanın Fransada çox güclü lobbisi var. Fransa dövləti də hər zaman Ermənistana açıq dəstək verməkdən çəkinməyib. Əli Kərimli və onun dəstəsinin üzvləri hər zaman Azərbaycan dövlətinin milli maraqlarına zərbə vurublar. Bu adamların da bu gün Fransada yüksək şəraitdə yaşmasını təmin olunmasını təbii qarşılamalıyıq. Bu Əli Kərimlinin əsl simasını göstərən faktlardan biridir”. Geri dön |