Ana Sayfa > Partiya > Leyla və Arif Yunus hər zaman ermənilərə nökərçilik ediblər
Leyla və Arif Yunus hər zaman ermənilərə nökərçilik ediblər20-07-2015, 10:34. Yazar: admin |
Bu gün artıq heç kimə sirr deyil ki, Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus hələ bir neçə il öncə hüquq müdafiəçisi qiyafəsinə girərək Azərbaycanın inkişafında maraqlı olmayan, nə yolla-olursa olsun ölkəmizdə əsas söz sahibinə çevrilmək istəyən qüvvələrin, xarici donor təşkilatların, əsasən də erməni xüsusi kəşfiyyat orqanlarının xidmətinə girib. Onun fəaliyyətinə, açıqlama və bəyanatlarına diqqət yetirsəniz görərsiniz ki, bu şəxs aldığı qrantların müqabilində mütləq, nəyin bahasına olursa-olsun, hətta əsassız yerə belə, Azərbaycanı tənqid etməyi qarşısına əsas məqsədlərdən biri kimi qoyub. Sözsüz, artıq Azərbaycanda hər kəs, hətta siyasi proseslərdən bixəbər sadə vətəndaşlar belə, Leyla Yunusun, eləcə də onun həyat yoldaşı Arif Yunusun kim olduğunu, nəyə və kimlərə xidmət etdiklərini çox gözəl bilir. Yəni hamıya bəllidir ki, Leyla Yunus mütəmadi olaraq beynəlxalq təşkilatlara ölkəmizdə demokratiyanın, insan haqlarının pozulması, demokratik fikirli şəxslərin əsassız olaraq həbslərə məruz qalması, dövlət orqanlarında süründürməçilik hallarının artması, hüquq sisteminin işləməməsi barədə çıxışlar edib və bütün bunlarla bağlı beynəlxalq qurumlara əsassız, yalan və uydurma xarakterli hesabatlar göndərib. Bir sözlə, adi bir oğrunu da siyasi məhbus adı ilə Avropaya təqdim edib qrant alan Leyla Yunus puldan ötrü Azərbaycanı satıb, ölkənin milli maraqlarına ciddi zərbə endirib. Məhz elə bu səbəbdən də hüquq-mühafizə orqanları onun fəaliyyətini ciddi şəkildə araşdırdıqdan sonra barəsində müvafiq ölçü götürülüb. Belə ki, ötən il iyul ayının 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2 (vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Ermənilərlə daim sıcaq ilişkilərdə olan hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunus isə ötən il avqust ayının 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham elan edilib. Qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Bu arada, onu da nəzərinizə çatdıraq ki, bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru və onun həyat yoldaşı barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə məhkəmə baxışının başlayacağı tarix elan olunub. Bildirilib ki, məhkəmə baxışı iyulun 27-nə təyin olunub. Daha sonra Leyla Yunusun və Arif Yunusun vəkilləri vəsatətlərlə çıxış ediblər. Vəkillər təqsirləndirilən şəxslər barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıblar. Təbii, haqlı olaraq məhkəmə bu vəsatətləri təmin etməyib. Bundan sonra vəkil Ramiz Məmmədov Leyla Yunusun səhhətinin pis olduğunu əsas götürərək onun ev dustaqlığına buraxılmasının vacib olduğunu qeyd edib. Vəkil bildirib ki, Avropa Birliyinin hesabına Leyla Yunus üçün 40 min manatlıq dava-dərman gətirilib, müvəkkili o dərmanları qəbul edir, lakin səhhətindəki problemlər də qalır. Bu səbəbdən də vəkil hesab edir ki, müvəkkili barəsindəki həbs-qətimkan tədbiri ləğv edilməli, o, ev dustaqlığına buraxılmalıdır. Lakin haqlı olaraq bu vəsatət də təmin olunmayıb. Axı niyə də təmin olunmalıdır? Leyla Yunusun səhhətində heç bir problem-filan yoxdur. Bu, sadəcə təqsirləndirilən şəxslərin, məhkumların istifadə etdiyi ənənəvi üsullardan biridir. Xatırlayırsınızsa, sabiq səhiyyə naziri Əli İnsanov da həbs düşdüyü elə ilk günlərdən səhhətinin ağırlaşdığını bəyan edirdi. Halbuki onun heç bir problemi yox idi. Aydın şəkildə görünür ki, onlar bu cür yollarla qismən də olsa məsuliyyətdən kənarda qalmağa çalışırlar. Ancaq bu, baş tutan iş deyil. Çünki artıq hər kəsə bəllidir ki, Leyla Yunus maraqlarının təmin olunması üçün hər cür vasitəyə əl atmağa qadir birisidir. Yəni onun üçün milli-mənəvi dəyərlər, ölkənin maraqları deyilən bir anlayış yoxdur. Vəkili iddia edir ki, Avropa Birliyinin hesabına Leyla Yunus üçün 40 min manatlıq dava-dərman gətirilib. Bax, bu məqamda ortaya bir neçə maraqlı sual çıxır. Birincisi, Leyla Yunus hansı ağır xəstəliyə düçar olub ki, ona 40 min manatlıq dərman gətirilib? İkincisi, ağız dolusu demokratiyadan, bərabərlikdən, insan hüquq və azadlığından dəm vuran Avropa Birliyi nədən yalnız Leyla Yunusa bu cür diqqət və qayğı ilə yanaşır? Leyla Yunusu digərlərindən fərqləndirən nədir? Təbii, çoxu bu sualın cavabını əzbər bilir. Leyla Yunus Azərbaycanın inkişafını, ölkəmizin gündən-günə qüdrətlənməsini gözü götürməyən bir sıra ölkələrin, əsasən də erməni lobbisinin maraqlarına xidmət etdiyindən o, həmin qüvvələr üçün xüsusi önəm daşıyır. Məhz elə bu səbəbdən də onlar nə yolla olursa-olsun Leyla Yunusun azadlığa çıxmasına çalışırlar. Lakin bu, olduqca çətin məsələdir. Çünki Leyla Yunus və həyat yoldaşı Arif Yunus uzun müddət Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər. Azərbaycan xalqına yuxarıdan aşağı baxdığını, bu dildə yalnız söyüş söydüyünü, şərəfini, ləyaqətini satan, ermənilərlə iş birliyini gizlətməyən Leyla Yunus bu gün ittiham olunduğu vətənə xəyanət statusunu çoxdan etiraf edib. Odur ki, bu gün o və əri etdikləri xəyanətlərinin cəzasını çəkməlidirlər… Qeyd edək ki, milli mənsubiyyətini bildirən pasportunda "azərbaycanlı" yazılsa da, ermənilərlə qohumluq əlaqələrinə malik olan Leyla Yunus təpədən dırnağadək daşnak ruhunda köklənib. Yəni erməni təfəkkürünü verdiyi müsahibələrində "mən azərbaycanlı deyiləm" sözləri ilə bəyan edən Leyla Yunusun Azərbaycana və azərbaycanlılara münasibəti tamamilə ermənicədir. "Hüquq müdafiəçisi" adı altında maskalanaraq ölkəmizdə inkişafda olan demokratiyaya, insan hüquq və azadlıqlarının qorunması istiqamətində aparılan islahatlara qara pərdə arxasından baxdığına görədir ki, Leyla Yunus daim Azərbaycanda baş verən hadisələri ermənisayaq, düşmən mövqeyindən "təhlil edərək" xarici havadarlarına çatdırıb, beynəlxalq təşkilatlarda ölkəmizin nüfuzuna zərbə vurmağa çalışıb, təxribat aparıb. Bu cür xidmətlərinin müqabilində isə Leyla Yunus külli miqdarda gəlir əldə edib… İndi isə gəlin Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusla bağlı hələ də çoxlarına bəlli olmayan sensasion xarakterli bilgilərə nəzər salaq. Beləliklə, "siyasi məhbus" məsələsindən əsas gəlir mənbəyi kimi istifadə edən Leyla Yunusun əri Arif Yunusun atası 1931-ci ildə anadan olmuş İsmayıllı rayon sakini Seyfulla Əbdüləhəd oğlu Yunusovdur. Atasını erkən itirən Seyfulla Yunusov erməni ailəsində böyüyüb boya-başa çatıb və orada tərbiyə alıb. O, 1952-ci il martın 24-də Arşaluys Arsenovna Barseqyan adlı erməni qadınla evlənib. Yəni Arif Yunusun anası Arşaluys Arsenovna Barseqyan adlı ermənidir. Dağlıq Qarabağın Martuni rayonunun sakini olan bu qadın sonralar Bakının Nərimanov rayonunda, Daş karxanası küçəsi, 772 saylı evdə yaşayıb. Arif Yunusun yaxın qohumları bu günə qədər də Ermənistanda, Dağlıq Qarabağda və Rusiyada yaşayırlar. Onlar orada Qarabağ savaşı zamanı - 1991-1993-cü illərdə məskunlaşıblar. Məsələn, Arif Yunusun doğma dayısı Suren Barseqyan ömrünün sonuna qədər erməni işğalındakı Şuşada yaşayıb. Suren Barseqyanın övladları, yəni Arif Yunusun dayısı oğlanları Arsen, Erik, Armen və dayısı qızı, habelə Suren Barseqyanın arvadı Kamella isə hələ də Şuşada yaşayırlar. Arif Yunusun iki xalası - Nadya Gevorkyan və Siran Barseqyan isə bu yaxınlara qədər Rusiyanın Krasnodar vilayətində yaşayıblar. Ən maraqlı məqam isə ondadır ki, damarlarında erməni qanı axan Arif Yunus AXC hakimiyyəti illərində, yəni birinci Qarabağ savaşı dönəmində Azərbaycan prezidentinin administrasiyasında analitik informasiya idarəsinin rəisi postunda təmsil olunub. Leyla Yunusun ərinin bu postdakı fəaliyyətinin mahiyyəti hələ də sirr pərdəsi altında gizli qalmaqdadır. Yalnız bu məlumdur ki, Arif Yunus 1988-ci ildən etibarən həm Ermənistanın o vaxtkı siyasi rəhbərliyinin təmsilçiləri, həm də yenicə formalaşan ümumerməni cəbhəsindən olan adamlarla çoxsaylı görüşlər keçirib. Deyilənlərə görə, Arif Yunus onlarla adətən üçüncü ölkələrin ərazisində görüşürdü… Onu da nəzərinizə çatdıraq ki, Azərbaycanın o zamankı rəhbərliyi 1991-ci ildə Dağlıq Qarabağın şimalında "Həlqə" kod adlı yaxşı bir hərbi əməliyyat həyata keçirdi. Azərbaycan hüquq-mühafizə orqanları bu taktiki gediş nəticəsində erməni separatçılarını işğal etdikləri bu ərazilərdən qısa müddətdə vurub çıxarmağa və əraziləri erməni silahlı banditlərindən və gizli ekstremist təşkilatların nümayəndələrindən təmizləməyə nail oldular. Lakin bu əməliyyat həyata keçiriləndən dərhal sonra Azərbaycan müxalifətinin liberal-demokrat qanadı, o cümlədən Leyla Yunus və Arif Yunus ölkəmizə qarşı misli görünməmiş bir təbliğat-təşviqat kampaniyasına başladı. Onlar haray-həşir salmışdılar ki, guya Azərbaycan Qarabağın şimalındakı yerli ermənilərin buradan deportasiya olunması üçün məqsədyönlü etnik təmizləmə siyasəti yürüdür. Belə ki, Leyla Yunus və əri Baltikyanı ölkələrin birində keçirilmiş mətbuat konfransında postsovet məkanının liberal dairələrinin diqqətini "ermənilərin məskunlaşdığı ərazilərdəki etnik təmizləmə"yə cəlb etmək üçün əllərindən gələni ediblər. Hələ bu, harasıdır. Deyilənlərə görə, Çaykənd xüsusi əməliyyatının səhərisi gün Arif Yunus erməni xüsusi xidmət orqanlarının məxfi əməkdaşı Laura Baqdasaryana "Azərbaycan və sovet qoşunlarının Çaykənddəki vəhşiliklərini sübut edən informasiya" göndərib. Gördüyünüz kimi, bütün bunlar bir daha onu təsdiqləyir ki, Leyla Yunus və Arif Yunus ermənilərlə qohum olmaqla yanaşı, hər zaman Ermənistanın maraqları çərçivəsində fəaliyyət göstərib, ermənilərə nökərçilik ediblər və bu zaman Azərbaycanın mənafeyini ayaqlar altına alıblar. İndi isə bəzi ağzıgöyçəklər bu vətən xainlərinin müdafiəsinə qalxıb, israrla onları müdafiə etməyə çalışırlar. Unutmayın, damarında erməni qanı axan birisini müdafiə edən şəxs erməni olmasa belə, ermənini dəstəklədiyi üçün ermənidən də betərdir! (ardı var) Geri dön |