Ana Sayfa > Partiya > "Prezidentin özü də bu adamlara dəfələrlə xəbərdarlıq edib"

"Prezidentin özü də bu adamlara dəfələrlə xəbərdarlıq edib"


15-07-2015, 16:50. Yazar: admin
"Prezidentin özü də bu adamlara dəfələrlə xəbərdarlıq edib"
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Ölkə başçısı dünənki müşavirədə bir sıra bəyanatlar verdi. O, xırda sahibkarlığa yaradılan problemlərdən, hava nəqliyyatının həddindən artıq bahalılığından, Almaniyanın Azərbaycana qarşı anti-təşviqat kampaniyasından danışdı. Ölkə başçısı vətəndaşlara belə hallarla rastlaşdıqda ona siqnal göndərməyin yollarını da çatdırdı. Bəs İlham Əliyevin dünənki müşavirədə məmurlara ünvanladığı sərt ismarışların arxasında nə dayanır?

Bu burədə fikirlərini mia.az-la bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Prezident İlham Əliyevin bu cür çıxış edəcəyi gözlənilən idi: «Biz xeyli müddətdir ki, bu istiqamətdə fəaliyyət aparırıq. Əgər son bir ildə mənim açıqlamalarımı nəzərdən keçirsəniz görərsiniz ki, Prezidentin dedikləri ilə mənim dediklərim üst-üstə düşür. Mən dəfələrlə mətbuatda bəyan eləmişəm ki, hakimiyyətdə oturub prezidentə xəyanət edənlər var. Prezidentin özü də bu adamlara dəfələrlə xəbərdarlıq edib, amma onların əksəriyyətinin gönü qalın olduğundan söz kar eləmir. Amma düşünürəm ki, İlham Əliyevin son çıxışı daha kəskin idi. Mənə elə gəlir ki, artıq əməli tədbirlərə keçmək lazımdır. Xalq artıq bu məmurlardan cana doyub. Bu adamlar qəsdən elə vəziyyət yaradıblar ki, xalq ayağa qalxsın. Biz maarifləndirmə işi aparsaq da, xəyanətkar məmurların anti-dövlət fəaliyyəti xalqı üsyana sürükləyir. Hesab edirəm ki, Prezident qısa müddətdə sərt qərarlar verməlidir. Artıq gözlənizləm kadr islahatlarının zamanıdır. Ümid edirəm ki, bu dəfə gec olmayacaq. Artıq xalq elə bir vəziyyətdədir ki, hər an bu məmur ordusunu daş-qalaq edə bilər. Ona görə də hesab edirəm ki, İlham Əliyev həmişə olduğu kimi, xalqın yanında olacaq və xəyanətkar məmurları komandasından qovacaq və təmizləmə işi həyata keçirəcək».

Partiya sədri onu da deyib ki, hakimiyyətdəki bəzi qüvvələr xaricdən ölkəni parçalamaq və xaotik vəziyyət yaratmaq istəyənlərlə əlbir olub: «Mən kimlərin hansı səfirlik nümayəndələri ilə görüşdüyünü, hansı bağda planlar cızıldığını yaxşı bilirəm. Bu barədə prezidentin köməkçilərinə, müşavirlərinə məlumat vermişəm. Avropa Oyunları ərəfəsində yaranan təmaslarım zamanı kimlərin ölkədə çevriliş eləmək istədikləri barədə məlumat vermişəm. Əgər onlar mənim sözlərimiz Prezidentə çatdırmasalar, deməli, onlar da ölkədə qarışıqlıq düşməsinin tərəfdarıdırlar. Belə bir situasiyada özüm meydana çıxıb bir başa mətbuat vasitəsiylə prezidentə hər şeyi deyəcəym. Onda həmin köməkçilər də cəzalarını alacaqlar. Buradan xarici qüvvələrdən güc alaraq ölkəmizə, dövlətmizə xəyanət edən şəxslərə, eləcə də bu hakimiyyətin çörəyini yeyən, milyonlar qazanan məmurlara da deyirəm ki, heç də arxayın olmasınlar. Nə qədər ki, Müasir Müsavat Partiyası və Hafiz Hacıyev var, qardaşım İlham Əliyevə zərər yetirə bilməyəcəklər. Biz hər zaman mili maraqlarımıza zidd olan qüvvələrə qarşı mübarizə aparmışıq, bundan sonra da aparacağıq. İlham Əliyev meydandan heç vaxt tək olmayıb, bundan sonra da olmayacaq».

Geri dön