Ana Sayfa > Partiya > “Haqq işinə bəraət uzun çəkdi” – Asim Mollazadə
“Haqq işinə bəraət uzun çəkdi” – Asim Mollazadə18-06-2015, 12:36. Yazar: admin |
Bu həftə Avropa Məhkəməsi Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiasına baxdı. “Çıraqovun işi” kimi tanınan bu şikayətdə Laçından olan azərbaycanlı qaçqınlar 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində qaçqın düşdüklərini, nəticədə öz mülkiyyətləri və ev-eşiklərinə dönə bilmədiklərini sənəd və tutarlı faktlarla məhkəmənin diqqətinə çatdırıblar. Avropa Məhkəməsi onların işinə bir neçə ildən sonra cavab verdi. Qərar isə müsbət nəticələndi. Ermənistanın işğalçılıq siyasəti pisləndi. İnsanların şikayətinə haqq qazandırıldı. Bu isə Azərbaycan vətəndaşının ikili standartlı Qərb və işğalçı Ermənistanın beynəlxalq siyasətinə qalib gəlməsi idi. Millət vəkili Asim Mollazadə Hafta.az-a açıqlamasında Laçından olan məcburi köçkünümüzün bu işindən, mübarizəsindən daha da çox olmasının vacib olduğunu bildirib. O, digər köçkünlərimizin də belə bir müraciət ünvanlamasını beynəlxalq arenada haqq işimizə müsbət təsir etdiyini vurğulayıb: “Nə qədər çox məcburi köçkünümüz bu cür müraciətlər etsələr, bir o qədər yaxşıdır. Sadəcə olaraq, Laçından olan soydaşlarımızın işindən də göründü ki, Avropa Məhkəməsi tərəfindən müraciətlərə baxılması nə qədər vaxt aparır. Ədalətli qərarı gözləmək uzun müddət çəkdi. Bununla yanaşı, maneələr törədildi ki, Ermənistandan etnik təmizləmə yolu ilə qovulan, öz yurdlarınqan qaçqın düşmüş məcburi köçkünlərin iddiaları qəbul edilməsin. Bu iş davam etdirilməlidir. Bütün prosedur və imkanlardan yararlanmaq lazımdır. Ermənistanın hərb təcavüzü, onun yaratdığı problemlər, etnik təmizləmələr və Azərbaycan ərazilərinin işğalı ilə bağlı bütün beynəlxalq qurumlara müraciətlərimizi davam etdirməliyik”. Geri dön |