Ana Sayfa > Partiya > "Bu təzyiqlər isə Azərbaycanın ABŞ və Qərblə münasibətlərinə təsirsiz ötüşməyəcək"

"Bu təzyiqlər isə Azərbaycanın ABŞ və Qərblə münasibətlərinə təsirsiz ötüşməyəcək"


16-06-2015, 11:35. Yazar: admin
"Bu təzyiqlər isə Azərbaycanın ABŞ və Qərblə münasibətlərinə təsirsiz ötüşməyəcək"
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Moderator.az-a açıqlamasında I Avropa Oyunlarından sonra Azərbaycanda yaranacaq sosial-iqtisadi və siyasi mənzərə ilə bağlı fikirlərini bölüşüb:
“Avropa Oyunları bitəndən sonra Azərbaycan seçkiöncəsi vəziyyətə daxil olacaq. Qarşıdan parlament seçkiləri gəlir. Bu isə istər-istəməz nisbi də olsa ictimai-siyasi aktivliyin artmasına gətirib çıxardacaq. Bilirsiniz ki, ölkə bu seçkilərə maliyyə-iqtisadi böhran və sosial-iqtisadi narazılıq fonunda daxil olur.
Hakimiyyət daxilində də maraqlı proseslər gedir. Dünya bazarında neftin qiyməti aşağı düşdüyü üçün Azərbaycana gələn neft pullarının da miqdarı azalıb. Bu səbəbdən də hakimiyyət daxilində də maraq toqquşmaları güclənib. Azərbaycan hakimiyyəti ilk dəfədir ki, iş adamlarına qarşı geniş miqyaslı əməliyyatlar keçirir. Bu da həm sosial-iqtisadi, həm də ictimai-siyasi vəziyyətə təsir edəcək. Bir sözlə, oyunlardan sonra ölkədə bir sıra sahələrdə gərginliyin artmasına şahid olacayıq. Eyni zamanda demokratiya, insan haqları, seçkilərə bağlı xarici təşkilatların da təzyiqi artacaq. Bu təzyiqlər isə Azərbaycanın ABŞ və Qərblə münasibətlərinə təsirsiz ötüşməyəcək”.

Geri dön