Ana Sayfa > Partiya > “Avropa Oyunlarına qarşı aparılan əks çağırışlar doğru deyil” - Sərdar CƏLALOĞLU

“Avropa Oyunlarına qarşı aparılan əks çağırışlar doğru deyil” - Sərdar CƏLALOĞLU


6-06-2015, 07:14. Yazar: admin
“Avropa Oyunlarına qarşı aparılan əks çağırışlar doğru deyil” - Sərdar CƏLALOĞLU
“İstər müxalifət, istərsə də iqtidar Avropa Oyunlarını siyasiləşdirməkdən çəkinməlidir”.

Bu fikri Hafta.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, bu oyunlara sadəcə idman kimi baxmaq lazımdır:

“Müxalifətin qeyri-siyasi məsələləri siyasiləşdirməsi yanlışdır. Eyni dərəcədə bunu iqtidara da aid etmək olar. Birinci Avropa Oyunlarının əsas məqsədi ondan ibarətdir ki, xalqlar arasında qeyri-siyasi müstəvi yaradılsın. Həmin müstəvidə xalqlar yarışsınlar. Bu da digər müstəvilərdəki yarışların əhəmiyyətini azaldar. Əgər biz idmanı da siyasiləşdiririksə, o zaman heç idman fəlsəfəsin bilmirik”.

Qeyd edək ki, özlərini radikal müxalifət adlandıran partiyalar Birinci Avropa Oyunlarına qarşı durmadan əks təbliğat aparırlar.

Geri dön