Ana Sayfa > Partiya > "Məsuliyyəti öz üzərinə götürəcək lider var və bu lider Etibar Məmmədovdur"

"Məsuliyyəti öz üzərinə götürəcək lider var və bu lider Etibar Məmmədovdur"


14-03-2015, 11:35. Yazar: admin
"Məsuliyyəti öz üzərinə götürəcək lider var və bu lider Etibar Məmmədovdur"
Lideri olduğu Açıq Cəmiyyəti Partiyasından uzaqlaşandan sonra eks-spiker Rəsul Quliyev okeanın o tayından Azərbaycandakı siyasi vəziyyəti şərh etməyə başlayıb. Onun son dövrlərdəki fəaliyyətinə nəzər yetirəndə görmək olur ki, ya müxalifət liderlərini ittiham edir, ya da xalqı nədəsə günahlandırır. Belə baxanda isə özünün bir qəpiklik fəaliyyəti yoxdur
"Unikal"ın məlumatına görə, hazırda Azərbaycanda camaatın inandığı və arxasınca gedə biləcəyi lider yoxdur. Onun sözlərinə görə, ilk növbədə lider ancaq camaatın ona inandığı adam ola bilər: "Əsas şərtlərdən biri də Lider heç vaxt insanlara yalan danışmamalıdır. Bir neçə il bu rejimin axırı bu il çatıb deyən adamlar heç vaxt lider ola bilməz. Onların ətrafında ancaq yaddaşları zəif və ya qaragüruhçu adamlar ola bilər və bu qüvvə insanları həmin liderlərdən daha da uzaqlaşdırır. Lider əgər rejimin axırı çatır deyirsə, bunun səbəblərini şüarla yox, reallıqdan izah etməlidir. Lider yalandan biz böyük qüvvəyik, hökumət bizdən qorxur şüarlar söyləməməli real gücü və onu gücləndirməyin yollarını göstərməlidir. Məsələ tək insanların qorxmasında deyildir. Məsələ inanmayan, ümidini itirənlərin həm də qorxuruğu bəhanə gətirməsidir".
Bu barədə "Unikal"a açıqlama verən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov Rəsul Quliyevin fikirləri ilə razılaşmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqının arxasıyca gedəcəyi lider var: "Azərbaycanda xalqın inandığı lider ölkənin prezidenti İlham Əliyevdir. Xalqın müxalifətə ona görə inamı yoxdur ki, onların arasında lider yoxdur. Onların hər biri digərini inkar edir. Yeganə xalqın inandığı və dəstəklədiyi lider İlham Əliyevdir. Son Prezident seçkiləri də bunu sübut etdi. Hazırda keçirilən rəy sorğularının nəticələri də xalqın İlham Əliyevə inamının yüksək olduğunu göstərir".
AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə "Unikal" deyib ki, Rəsul Quliyevin bu fikirlərini bölüşmür. Onun sözlərinə görə, əgər bir xalqın bir millətin lideri yoxdursa bu artıq faciədir: "Bu həm də həmin millətin məhvə məhkum olunması deməkdır. Lideri kim yetişdirir? Tarixin və zamanların şərtlərinə xalq yetişdirir, xalqın içərsindən çıxaraq məsuliyyəti öz üzərinə götürür. Lider anlayışı geniş anlayışdır. Ona görə də R.Quliyevin buna hansı prizmadan yanaşdığını deyə bilmərəm, ancaq onu əminliklə söyləyə bilərəm ki, xalqı, cəmiyyətin bütün təbəqələrini arxasınca apara biləcək, hakim elitanın da, müxtəlif siyasi düşərgələrin də əksəriyyətinin qəbul etdiyi və məsuliyyəti öz üzərinə götürəcək lider var və bu lider Etibar Məmmədovdur".

Geri dön