Ana Sayfa > Partiya > Müsavat Partiyasında Vurğun Əyuubla bağlı qərar ləğv edildi – FOTO

Müsavat Partiyasında Vurğun Əyuubla bağlı qərar ləğv edildi – FOTO


20-05-2015, 10:07. Yazar: admin
Müsavat Partiyasında Vurğun Əyuubla bağlı qərar ləğv edildi – FOTO
Müsavat Partiyası Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin Vurğun Əyyubun partiyadan xaric edilməsi barədə qərarı ləğv edilib.

Bu barədə “Report”a Binəqədi rayon təşkilatının sədr müavini Şamil Beydulla məlumat verib.

Ş.Beydulla bildirib ki, bu barədə qərar təşkilatın bu gün keçirilən Şura iclasında qəbul edilib.

"İclasda təşkilatın 8-ci mikrorayon özəyinin Vurğun Əyyubun partiyadan xaric edilməsi ilə bağlı qərarına baxılıb. Müzakirələrin yekununda qərar ləğv olunub. İclasda özəyin protokollarının ləğv olunması, seçkili orqanlarının buraxılması, özək sədri Sabit Hacıyevə töhmət elan olunması ilə bağlı da qərarlar verilib", - deyə o bildirib.

Şura üzvləri Tacik Hacıyev və Zahir Beydullayev də faktı təsdiqləyiblər.

Müsavat Partiyasında Vurğun Əyuubla bağlı qərar ləğv edildi – FOTO
Müsavat Partiyasında Vurğun Əyuubla bağlı qərar ləğv edildi – FOTO

Geri dön