Ana Sayfa > Partiya > “Sülh müqaviləsi ilə müharibənin nəticələri rəsmiləşdirilməlidir” - Etibar Məmmədovdan ÇAĞIRIŞ
“Sülh müqaviləsi ilə müharibənin nəticələri rəsmiləşdirilməlidir” - Etibar Məmmədovdan ÇAĞIRIŞ28-12-2021, 10:12. Yazar: admin |
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli müsahibələrinin birində ermənilərlə azərbaycanlılar arasında barışıq üçün biznes və iqtisadiyyata ümid etdiyini açıqlayıb. Vertikal.az xəbər verir ki, Bizim.Media mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu, eks deputat Etibar Məmmədovdan münasibət öyrənib: “İqtisadi əlaqələr deyəndə ortaqlıq nəzərdə tutulmur ki. Çünki iqtisadi əlaqələr yolların açılmasıdır, yəni ölkə iqtisadiyyatlarının təcrid vəziyyətindən çıxmasıdır. Əsasən Ermənistana aid bi məsələdir. Azərbaycanın da Naxçıvanla əlaqələri, başlanğıc üçün o nəzərdə tutulur”. Cavabınızdan belə anlaşıldı ki, kommunikasiyaların açılması fonunda düşmənçilik aradan qalxa bilər? “Buna da zaman lazımdır. Ermənilər kapitulyasiya aktını imzalayıblar. Sülh müqaviləsi bağlanandan sonra barışıq haqqında danışmaq olar. Yəni sülh müqaviləsi ilə müharibənin nəticələri rəsmiləşdirməlidir”. Geri dön |