Ana Sayfa > Partiya > Bəxtiyar Hacıyev: “Seçkilərdə iştirak edə bilərəm”

Bəxtiyar Hacıyev: “Seçkilərdə iştirak edə bilərəm”


9-05-2015, 11:12. Yazar: admin
Bəxtiyar Hacıyev: “Seçkilərdə iştirak edə bilərəm”
Bir müddət öncə Azərbaycanı tərk edən Müsbət əyişiklik hərəkatının keçmiş sədri Bəxtiyar Hacıyev hazırda Bakıdadır. Moderator.az-a açıqlama verən Bəxtiyar Hacıyev qarşıdan gələn parlament seçkilərində iştirak perspektivlərindən danışıb:
“Əgər bu il seçkilərdə nəticənin müsbət olacağını, təkcə qələbə qazanmaq yox, qələbəni rəsmiləşdirməyin də mümkün olacağını görsəm seçkilərdə iştirak edəcəm.”
Qeyd edək ki, Bəxtiyar Hacıyev ilk dəfə iştirak etdiyi 2010 parlament seçkilərinin təbliğat-təşviqat hissəsinə bir sıra yeniliklər gətirmişdi.
Könüllülərin toplanması, ilk dəfə seçkilər üçün online ianələrin yığılması, seçicilərlə fərqli formada ünsiyətin qurulması Hacıyevin kampaniyanının əsas yeniliklərindən olmuşdu.
Bəxtiyar Hacıyev onun iştirak etdiyi dairədə parlamentə təmsil olunan deputatın fəaliyyətini mənfi qiymətləndirərək bildirdi ki, həmin millət vəkili bu 5 il ərzində heç bir qanun layihəsi ilə çıxış edə bilməyib

Geri dön