Ana Sayfa > Partiya > "Hər cür təhqirin və zorakılığın əleyhinəyəm" - Qüdrət Həsənquliyev

"Hər cür təhqirin və zorakılığın əleyhinəyəm" - Qüdrət Həsənquliyev


23-11-2021, 11:46. Yazar: admin
"Hər cür təhqirin və zorakılığın əleyhinəyəm" - Qüdrət Həsənquliyev

"Azərbaycan bütün sahələrdə Fransa ilə əlaqələrinə yenidən baxmalıdır".
Vertikal.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, Fransa Minsk Qrupunun üzvü kimi açıq-aşkar Ermənistana, işğalçı dövlətə dəstək olur.

"Azərbaycan Fransanın Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır. Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə, baş verənlər Fransanın yürütdüyü siyasətin nəticəsidir. Ermənilərə müsbət münasibəti olan bu ölkənin Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək".
Geri dön