Ana Sayfa > Partiya > “Hazırkı idarəçilik Müsavatın bugünündə rüsvayçı səhifə, tarixində isə qara ləkə kimi qalacaq”

“Hazırkı idarəçilik Müsavatın bugünündə rüsvayçı səhifə, tarixində isə qara ləkə kimi qalacaq”


4-05-2015, 10:22. Yazar: admin
“Hazırkı idarəçilik Müsavatın bugünündə rüsvayçı səhifə, tarixində isə qara ləkə kimi qalacaq”
"Vurğun Əyyubun Müsavat Partiyasından çıxarılması bir daha göstərdi ki, Müsavat qurultaydan sonra qisasçı təfəkkürə malik olan, yalnız qrup maraqlarını güdən, cılız hisslərlə yaşayan adamlar tərəfindən idarə olunur”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu özünün “Facebook” səhifəsində yazıb.

Q. İbadoğlu bildirib ki, hazırkı idarəçilik Müsavatın bugünündə rüsvayçı səhifə, tarixində qara ləkə kimi qalacaq, partiyanı isə gələcəkdə uçuruma aparacaq: “İnanıram ki, ləyaqətli partiya üzvləri, dəyərli ictimaiyyət nümayəndələri, yaradıcı ədəbiyyat və mətbuat təmsilçiləri son 7 ayda yalnız intriqalarla gündəmdə qalan, getdikcə daha da avtoritarlaşan, illərlə yığılmış gücünü və nüfuzunu itirərək demək olar ki, hər gün zəifləyən tarixi partiyanın bu tip qərarlarına laqeyd qalmayacaqlar”.

Xatırladaq ki, V. Əyyubun Müsavat Partiyası sıralarından xaric edilməsi barədə qərar qəbul olunub.

Geri dön