Ana Sayfa > Partiya > Müsavatda yenidən - Qalmaqal

Müsavatda yenidən - Qalmaqal


1-05-2015, 11:10. Yazar: admin
Müsavatda yenidən - Qalmaqal
Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri və üzvləri partiyaya qarşı fəaliyyət göstərirlər. Ona görə də bütün iclaslarını, açıqlamalarını Müsavat Partiyasına qarşı mövqedən səsləndirirlər.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Müsavat Partiyası başqanın müavini Elman Fəttah rayon təşkilatının üzvlərinin partiya rəhbərliyini istefaya çağırması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, belə olan halda təşkilat üzvləri partiya rəhbərliyinin istefası məsələsini də səsləndirə bilərlər: “Təşkilatın bir neçə üzvünün hansısa məsələni sosial şəbəkədə yazması ciddi bir məsələ deyil. Minlərlə müsavatçıdan biri hansısa fikir səsləndirir. Çoxsaylı mövqelər ortaya qoyulur, kimsə birini ümummilli lider elan etməyə çalışır. Ortada hər hansı təşkilatı məsələ, qərar olarsa Müsavat Partiyası onu müzakirə edə bilər. Həmin şəxslərin partiya üzvlüyündən çıxarılması məsələsi də müzakirə olunmur, çünki onlara ciddi yanaşılmır”.

Geri dön