Ana Sayfa > Partiya > “Bu qərar tapşırıq əsasında qəbul olunub”
“Bu qərar tapşırıq əsasında qəbul olunub”27-04-2015, 09:31. Yazar: admin |
Milli Şuranın növbəti sessiyası keçirilib. “Report”un məlumatına görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, eləcə də Milli Şuranın təyin etdiyi növbəti mitinqə hazırlıq və təşkilati məsələlər müzakirə olunub. Müzakirələrin yekununda Milli Şuranın bir neçə üzvü, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin sabiq müavini, Yeni Demokratiya Hərəkatının sədri Razi Nurullayev, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da daxil olmaqla bir sıra KXCP təmsilçiləri qurumdan çıxarılıblar. R. Nurullayev açıqlamasında deyib ki, Milli Şuranın belə qərar çıxarması demokratik prinsiplərə ziddir. Onun sözlərinə görə, bu qərar tapşırıq əsasında qəbul olunub: “Məni Milli Şuranın sessiyasına dəvət etməyiblər. Sessiyaya dəvət olunmadığım halda belə qərar necə çıxarıla bilər?! Buradan görünür ki, onlar mənə qarşı qərəzlidirlər”. KXCP sədri Mirmahmud Mirəlioğlu isə deyib ki, Milli Şurada təmsil olunmur və belə qərarın çıxarılması təəccüb doğurur. KXCP sədrinin müavini, Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev açıqlamasında bildirib ki, bu qərar Milli Şurada fəaliyyətini dayandırmış KXCP üzvlərinə şamil edilib: “Mən KXCP sədrinin müavini olaraq Milli Şurada fəaliyyətimi davam etdirirəm. KXCP sədri Mirmahmud Mirəlioğlu və bir neçə partiya üzvü Milli Şurada fəaliyyətini dayandırmışdı. Belə bir qərar verilməklə onların fəaliyyətinə xitam verildi”. Geri dön |