Ana Sayfa > Partiya > "İllərdir insanların qanını, canını, pulunu sorur, doydum demirlər" - Fazil Mustafa

"İllərdir insanların qanını, canını, pulunu sorur, doydum demirlər" - Fazil Mustafa


18-04-2015, 10:45. Yazar: admin
"İllərdir insanların qanını, canını, pulunu sorur, doydum demirlər" - Fazil Mustafa
Milli Məclisin deputatı Fazil Mustafa zəli terapiyadan istifadə etməyə başladığını qeyd edib.

Avropa.info xəbər verir ki, F.Mustafa bu barədə facebook səhifəsində yazıb.

Deputat zəlinin faydası haqqında eşitdiyini, ancaq nədənsə indiyədək istifadə etməyə riskli yanaşdığını bildirib: "Ötən gün qorxu sindromunu aşmaq üçün həkim dostumun israrı ilə faydalanmağa başladım. Əməlli-başlı insan qanını duruldurmuş. Ən çox zövq aldığım isə zəlilərin müdrikliyi, gözü-könlü toxluğu idi. Demək zəli deyilən bu sürünən qanla qidalanır və doyandan sonra insandan əl çəkib yerə düşür. Bizdə xeyli səlahiyyətli adamları tanıyıram ki, illərdir insanların qanını, canını, pulunu sorurlar, doydum demirlər. Yapışdıqları yerdən tutaraq yerə düşmək istəmirlər. Azərbaycanda Allahın zəlisindən də ibrət götürəsi xeyli məziyyətlər varmış”.

Geri dön