Ana Sayfa > Partiya > 20 yanvar faciəsini dünyaya çatdırmaq üçün bir neçə kitab çıxarıb, tədbir keçirmək yetərli deyil
20 yanvar faciəsini dünyaya çatdırmaq üçün bir neçə kitab çıxarıb, tədbir keçirmək yetərli deyil9-01-2017, 14:57. Yazar: admin |
“20 yanvar faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütün türk dünyasına qarşı törədilən vəhşilikdir”. Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, bu vəhşiliyi dünyaya çatdırmaq üçün bir neçə kitab çıxarıb, tədbir keçirmək yetərli deyil: “Biz bu yolla, hətta bu faciənin unudulmasına səbəb ola bilərik. 1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən hadisə xalqımızın həm faciəsi, həm də qəhrəmanlıq salnaməsidir. Ona görə də tariximizin formalaşdırılmasına və gənc nəslimizin tariximizə sahib çıxıb 20 yanvarla bağlı məlumatları bütün dünyaya çatdırmasına böyük ehtiyac var”. Geri dön |