Ana Sayfa > Partiya > “Antiböhran koalisiyası”nın Müsavat və AXCP-yə təklifinin detalları açıqlanıb

“Antiböhran koalisiyası”nın Müsavat və AXCP-yə təklifinin detalları açıqlanıb


9-03-2016, 13:19. Yazar: admin
“Antiböhran koalisiyası”nın Müsavat və AXCP-yə təklifinin detalları açıqlanıb
“Antiböhran koalisiyası”nın Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) görüş üçün müraciətinin detalları açıqlanıb.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn APA-ya açıqlamasında deyib ki, müraciətdə hər iki partiyanın iştirakı ilə siyasi müxalifətin problemləri haqqında debatın təşkil edilməsi əksini tapıb. P. Hüseyn bildirib ki, debatın ictimaiyyət qarşısında, açıq keçirilməsi vacibdir: “Çünki hanısa danışıqlar yox, məhz debat nəzərdə tutulur. Bura müxalifətin birləşməsi, islahatlar və digər məsələlər də daxildir”.

P. Hüseyn AXCP funksioneri İlham Hüseynin müraciəti qəbul etmədikləri haqqında fikirlərinə də münasibət bildirərək bunun partiyanın rəsmi mövqeyi olmadığını söyləyib: “Biz hər iki partiyaya rəsmi müraciət göndərmişik və buna rəsmi cavab verilməlidir. Ayrı-ayrı adamların fikirləri partiyanın mövqeyi kimi qarşılana bilməz”.

Xatırladaq ki, antiböhran koalisiyasına Böyük Azərbaycan, Klassik Xalq Cəbhəsi, Azadlıq, “Gələcək Azərbaycan”, Milli Konqres, Azərbaycan Liberal Demokrat, Azərbaycan Xalq, Aydınlar, Ümid, Dünyəvi Bozqurd, Vətəndaş və İnkişaf partiyaları, “Ağ Blok” və digər təşkilatlar daxil olub. ADP isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak etməyə üstünlük verib.

Geri dön