Ana Sayfa > Partiya > Deputatdan etiraf- Sülhlə Qarabağ alınan deyil
Deputatdan etiraf- Sülhlə Qarabağ alınan deyil13-04-2015, 09:59. Yazar: admin |
“Ermənistan heç bir halda sülh istiqamətində addım atmaq istəmir və atmayacaq da. Moskva isə bu yolda vassalına arxa çıxmağa davam edəcək”. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O, Qarabağ məsələsinin həlli istiqamətində bu iki ölkənin oyun xarakterli görüşlərinin heç bir nəticə verməyəcəyini bildirib: “Ermənistanın Rusiyaya arxalanaraq öz müstəqilliyini tamamilə itirmiş bir ərazi və faktiki hərbi forpost olduğu bu dəfə də etiraf olundu. Bunu bir müddət öncəki Moskva görüşü ortaya qoydu. Bu görüşlə danışıqlar prosesinin imitasiyası ilə guya Cənubi Qafqazda sülhü və əminamanlığı yaratmaq mahiyyətini ortaya qoymağa çalışırlar. Ancaq maraqlıdır, bununla kimi aldadırlar. Nalbadyanın Rusiya səfəri vassallığın növbəti təsdiqi idi. Eyni zamanda Qarabağ məsələsinin yubanmasında böyük rol oynayan bu iki tərəfin qeyri-səmimi görüşü o anlama gəlir ki, Ermənistan heç bir halda sülh istiqamətində irəli addım atmaq istəmir və bu cür təhdidlər də Cənubi Qafqazda sülhün inkişafını maneə törədən ən əsas amildir. Bu gün sülhdən imtina edən bir işğalçı ölkə və ona arxa çıxan Moskvanın son zamanlar Qarabağ məsələsinə yönəlik çıxışları və bəyanatları artıq problemin həllində sülh yolunun qeyri-mümkünlüyünü göstərir”. Geri dön |