Ana Sayfa > Partiya > Deputat: “Baykot çağırışları acı gülüş doğurur”

Deputat: “Baykot çağırışları acı gülüş doğurur”


13-04-2015, 09:14. Yazar: admin
Deputat: “Baykot çağırışları acı gülüş doğurur”
“Bəzi beynəxalq təşkilatların və müxalifət fəallarının I Avropa Olimpiya Oyunlarının baykot çağırışları acı gülüş və təəssüf doğurur”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə söyləyib.

Onun sözlərinə görə, Azərbaycan insan haqlarının vəziyyətinə görə, Avropa ilə müqayisə oluna bilər:

“Erməni lobbisinə bağlı beynəlxalq təşkilatlar iddia edir ki, guya Azərbaycanda insan haqları pozulur. Amma onların yaydığı hesabatlar və səsləndirdikləri arqumentlər tamamilə əsassızdır. Bu gün Azərbaycanda istər söz azadlığı, istər sərbəst toplaşmaq azadlığı, istərsə də digər azadlıqlar var. Hətta biz bu azadlıqların səviyyəsinə görə, Avropa ilə müqayisə olunuruq. Təəssüf ki, daxildə olan bəzi müxalifət fəalları həmin təşkilatlarla birgə əsassız yerə Azərbaycanda insan haqlarının pozulduğunu iddia edib, I Avropa Olimpiya Oyunlarının baykot olunması çağırışı edirlər. Amma unudurular ki, “Eurovision-2014” yarışması öncəsi də bu cür çağırışlar var idi. O zaman olduğu ki, I Avropa Olimpiya Oyunlarının baykot çağırışları da nəticə verməyəcək, bu mötəbər ən yüksək səviyyəsində təşkil olunaraq, tarixə qızıl hərflərlə yazılacaq”.

Geri dön