Ana Sayfa > Partiya > Rafiq Bəy İsmayıl: “ADR-in yaranmasını təqdir edirəm”

Rafiq Bəy İsmayıl: “ADR-in yaranmasını təqdir edirəm”


10-03-2015, 15:57. Yazar: admin
Rafiq Bəy İsmayıl: “ADR-in yaranmasını təqdir edirəm”
“Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis konfransında iştirak etmişəm. Ancaq hələ ki bu hərəkatda təmsil olunmaq fikrim yoxdur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü Rafiq Bəy İsmayıl deyib.

R. İsmayıl bildirib ki, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunmaqla bağlı ona hər hansı təklif gəlməyib: “Mən Müsavat Partiyasının üzvü olaraq qalıram. Mənə ADR-də təmsil olunmaqla bağlı hər hansı təklif olmayıb. Hər iki tərəfdə mənə qarşılıqlı hörmət və rəğbət var. Ancaq ADR-də təmsilçiliklə bağlı hələ düşünməmişəm, qərarım yoxdur”.

R. İsmayıl qeyd edib ki, Müsavat Partiyasının Nizamnaməsində partiya üzvünün hər hansı bir ictimai hərəkatda iştirak etməsi qadağan olunmur: “Bu baxımdan mən ADR-in təsis olunmasını təqdir edirəm”.

Geri dön