Ana Sayfa > Partiya > “Xalqa birlikdəyik...” - Razi Nurullayev
“Xalqa birlikdəyik...” - Razi Nurullayev14-01-2016, 11:02. Yazar: admin |
Yeni yaradılmış AXCP sədri Razi Nurullayev rayonlarda baş vermiş etiraz aksiyalarına münasibət bildirib. "Qafqazinfo”ya daxil olan məlumata görə, o bildirib ki, etirazlarda, bahalaşmaya qarşı yürüşdə xalqla birdir: “Xalq dəyişiklik tələb edirsə, bu tələbi dəstəkləyirik. Xalqla səsimiz həmahəngdir. Xalq küçədə və meydanda isə, biz də oradayıq. Xalqın içindən biri tutulubsa və həbsə atılıbsa biz ona sahib çıxırıq. O bizim üzvümüz, qardaşımız və bacımızdır. Sonuna qədər onlarla birlikdəyik. Sonuna qədər onları müdafiə edib, həbsdən azad olunmalarına çalışacağıq. Xalq bahalaşmaya, özbaşınalığa, işsizliyə və əlində olan vəsaitin dəyərdən düşməsinə etiraz edir. Xalq bir kisə unu 17-18 manata almağa çətinlik çəkdiyi halda, bir kisə unun 30-35 manata satılmasına etiraz edir. Xalq etiraz edir ki, niyə gözü önündə milyonlara sahib məmurlar ordusu olduğu halda, o illərdir ki, zəlalət içində yaşayır. Bu xalqın etiraz etmək hüququ yoxdurmu? Bu xalq icra hakimiyyətlərinin önünə toplaşıb hesabat soruşmaq haqqına malik deyilmi? Bəs onun hansı haqları var? Susmaq və məhkum edildiyi həyata dözmək haqqımı? Biz partiya olaraq, milli lider Əbülfəz Elçibəyin yaratdığı xalq cəbhəsi olaraq hər zaman dövlətçiliyin keşiyində olmuşuq. Bu gün də dövlətçiliyin keşiyindəyik və heç bir halda qarşıdurmanın tərəfdarı deyilik. Konstitutsion quruluşun zor yolu ilə, basqınla, qeyri-qanuni üsullarla dəyişdirilməsinə qarşıyıq. Bununla bərabər, eyni zamanda Azərbaycan Respublikasının bizə verdiyi hüquqlardan dolayı etiraz haqqımızı istəyirik. Xalqın etiraz etmək, bəyənmədiyini dilə gətirmək, dinc yürüş etmək və qanunlar çərçivəsində dəyişiklik tələb etmək onun haqqıdır. Biz haqqımızın tanınmasını və səsimizin eşidilməsini istəyirik. Həbs edilənlər ədalətlə məhkum edilsinlər. Çünki, onları ədalətsiz mühakimə edənlərin bir gün həmin kürsüdə özlərinin oturması da qaçılmaz olacaq. Dəyənəyin iki başı var. Bunu unutmaq olmaz. Vəziyyətdən çıxış yolu da var: xalqla hakimiyyət arasında dialoqun aparılması. Dialoqun nəticəsinin xalqın bir neçə günün ərzində görməsi zərurətdir. Xalq adına danışa biləcək normal müxalif qüvvələr var, onların iştirakı ilə iqtidar-müxalifət dialoqunun keçirilməsi vacibdir. Artıq bundan sonra, məsuliyyətlər bölüşüləcək. Nəticə nədir? Nəticə, bütün ölkə üzrə iqtidar, müxalifət, mətbuat və vətəndaş cəmiyyəti iştirakçılarının iştirakı ilə birgə anti-böhran komissiyalarınım yaradılmasıdır. Bu gün iqtidarın atdığı anti-böhran addımları haqqında məlumatsızlıq var. Amma, komissiya yaradılarsa, o zaman bu tədbirlər haqqında anında məlumatlar bütün ölkə boyu yayılacaq. Xalqın hakimiyyətdə təmsil olunmayan təmsilçilərinin onun probleminin arxasınca qaçan və çalışan görməsində ciddi fayda, eyni zamanda stabillik faktoru var”. Geri dön |