Ana Sayfa > Partiya > Niyaməddin Orduxanlıdan Eldar Sabiroğlunun oğluna sərt cavab
Niyaməddin Orduxanlıdan Eldar Sabiroğlunun oğluna sərt cavab12-01-2016, 09:36. Yazar: admin |
Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun Meydan TV-ə verdiyi müsahibəsində "Parlamentə psevdomüxalifətçiləri yığıb töküblər, millətin sözünü kim deyəcək?” fikirləri parlamentdə təmsil olunan müxalifət partiyasının etirazına səbəb olub. Bununla bağlı özünün facebook səhifəsində sərt status yazan BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, bu cür yanaşama kökündən səhvdir: ”Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun dünənki müsahibəsini oxuduqdan sonra yadıma çox məşhur bir deyim düşdü. Dənizdə batan gəmidə ilk öncə siçovullar özlərini gəminin divarlarına çırparlar. Ancaq boş yerə özünüzü ora-bura vurmayın. Azərbaycan adlı gəmi nə batmağa hazırlaşır, nə də ki, gəmiyə su dolub. Heç gəmi deşilməyib də.... Bir də onu əlavə etmək istəyirəm ki, siyasi dünyagörüşü kasad olan Rüfət Səfərov yaxşı bilməli idi ki, keçən dəfəki parlamentdə də, indiki parlamentdə də müxalifət partiyalarının əksəriyyəti təmsil olunub. BAXCP lideri Qüdrət Həsənquliyev isə uzun illərdi məhz bir müxalif partiya lideri kimi həm xalqın, həm də milli maraqları qoruyan bir millət vəkili kimi parlamentdə təmsil olunur. Bir şəxsin isə siyasətçi kimi formalaşması üçün uzun illər lazım olur. Bir-iki günə siyasətçi olmaq mümkünsüzdür..." Geri dön |