Ana Sayfa > Partiya > Natiq Kərimovun vəkili şikayət verməməsinin səbəblərini açıqladı
Natiq Kərimovun vəkili şikayət verməməsinin səbəblərini açıqladı8-01-2016, 11:57. Yazar: admin |
Vəkili Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti verməyəcəyini bildirib. Əgər vəkil, müvəkkilini ittiham edildiyi maddə üzrə təqsirli bilmirsə, hansı səbəbdən şikayət vermir? N.Kərimovun hüquqlarını müdafiə edən Əyyub Ələkbərov Modern.az saytına bunun səbəblərini açıqlayıb: “Apelyasiya şikayətinin təmin olunmayacağını bildiyim üçün şikayət vermək istəmirəm. Hər halda özü ilə yenidən məsləhətləşəcəm. Əgər apelyasiya şikayəti vermək istəsə, verəcəyik. Amma mən buna ehtiyac görmürəm”. Vəkil N.Kərimovla mütəmadi olaraq görüşdüyünü, hər hansı maneə ilə qarşılaşmadığını deyib. Onu da qeyd edək ki, Ə.Ələkbərov dövlət tərəfindən təyin edilmiş vəkildir. Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli bilinərək 7 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Geri dön |