Ana Sayfa > Partiya > “Vurğun Əyyub Müsavatın qurucalarından idi, ona qarşı haqsızlıq etməklə...”

“Vurğun Əyyub Müsavatın qurucalarından idi, ona qarşı haqsızlıq etməklə...”


9-04-2015, 10:30. Yazar: admin
“Vurğun Əyyub Müsavatın qurucalarından idi, ona qarşı haqsızlıq etməklə...”
Müsavat Partiyasının son qurultayından sonra partiyadaxili gərginlik artaraq, artıq düşmənçilik səviyyəsinə çatıb. Müsavat Partiyasının keçmiş və hazırki başqanları İsa Qəmbər və Arif Hacılı onların siyasətinə qarşı çıxan üzvləri partiya sıralarından çıxarmaqla hədələyirlər.

Müsavat başqanlığına dörd namizəddən ikisi, Qubad İbadoğlu və Səxavət Əlisoyun ardınca bu dəfə Müsavat başqanının keçmiş birinci müavini Vurğun Əyyub hədəfə alınıb və o, Müsavat Məclisinin üzvlüyündən xaric edilib.

Müsavat Partiyası Divanının keçmiş üzvü, professor Adil Qeybulla Müsavat rəhbərliyinin avtoritar siyasəti ilə razılaşmadığını deyir:

“İstər Vurğun Əyyub, istərsə də Qubad İbadoğlu partiyanın qurucularındandır. Müsavat Partiyasının bu səviyyəyə gəlib çatmasında, aparıcı partiyaya çevrilməsində bu iki şəxsin misilsiz xidmətləri var. Hər iki şəxsin bu gün də Müsavatda ciddi təsir imkanları var. Bu partiya onları qorumaq, partiyada saxlamaq əvəzinə, uzaqlaşdırmağa üstünlük verirsə, böyük yanlışlığa yol verir. Bunun acı nəticələrini hiss edəcəklər. İntellektual, ziyalı, elitar kəsimi Müsavatdan uzaqlaşdırmaqla, onsuz da zəif durumda olan partiyanı daha zəif vəziyyətə salacaqlar. Bu sualı məncə bizə yox, bu qərarı verənlərə, o cümlədən partiyaya rəhbərliyi boynuna götürmüş Arif Hacılıya versəniz, daha yaxşı olar. Bunu Arif Hacılıdan soruşmaq lazımdır ki, partiyanı bu səviyyəyə gətirmiş şəxsləri uzaqlaşdırmaqla, nəyə nail olmaq istəyirlər?”

Geri dön