Ana Sayfa > Partiya > Müxalifətin növbəti devalvasiya təxribatı - YENİ FAKTLAR

Müxalifətin növbəti devalvasiya təxribatı - YENİ FAKTLAR


23-12-2015, 13:45. Yazar: admin
Müxalifətin növbəti devalvasiya təxribatı - YENİ FAKTLAR
Azərbaycanda dolların bahalaşmasını siyasi ehtirasları üçün əlverişli zəmin hesab edən bəzi müxalif qüvvələr təxribati əməllərindən əl çəkmək niyyətində deyillər.

Sosial şəbəkələri özüləri üçün fəaliyyət meydanı seçən bu kəsim xalqı dövlətə qarşı qaldırmaq üçün dəridən qabıqdan çıxır. Bu məqsədlə sosial şəbəkələrdə müxtəlif səhifələr yaradıb, özlərinə məxsus saytlarda ictimai rəyi çaşdıracaq başlıqlar altında xəbərlər tirajlayırlar. Hansı ki, bu xəbərlər köhnədir, yalandan təzə hadisə adı ilə oxuculara təqdim olunur.

Dekabrın 21-dən “Made in Azerbaijan” adlı Facebook səhifəsi paylaşımlarında təxribat xarakterli, xalqı iğtişaşlara səsləyən silsilə paylaşımlar etməklə məşğuldur. AXCP sədri Əli Kərimlinin əlaltıları tərəfindən idarə olunan səhifə “Qalx ayağa, Azərbaycana, arzularımın üstündə oturmusan” deyə çağırış kampaniyasına başlayıb. Göründüyü kimi, hazırki durumu fürsət bilən radikallar ölkədə qarırışlıq yaratmaq üçün ciddi cəhdlə çalışır.

Eyni zamanda bu səhifə gəncləri küçələrə çıxmağa səsləməklə bərabər, dövlətə sədaqətli insanlar aşağılamaqdan belə çəkinmir.

Müxalifətin növbəti devalvasiya təxribatı - YENİ FAKTLAR

Eyni əməlləri Nida vətəndaş hərəkatına məxsus səhifə də canla-başla həyata keçirir. NİDA-çılar aşkar şəkildə gəncləri dövlətə qarşı çıxmağa səsləyir. Bu məqsədlə 2011-ci ildə hazırladıqları videoçarx yeni kimi istifadəçilərə təqdim edilir. Müxalifətçilərin devalvasiya təxribatları bununla bitmir.

Müxalifətin növbəti devalvasiya təxribatı - YENİ FAKTLAR

Sosial şəbəkələrdə müxtəlif saxta profillər vasitəsi ilə “banka borcu olan şəxs özünü yandırdı”, “Xalq ayağa qalxdı” və s. bu kimi ictimai rəyə mənfi təsir göstərən, onu çaşdırmağa yönəlik paylaşımların ardı-arası kəsilmir.

Müxalifətin növbəti devalvasiya təxribatı - YENİ FAKTLAR

Devalvasiyadan sonra peyda olan təxribatçıların Əli Kərimlinin AXCP-si tərəfindən idarə olunduğu bildirilir. Əli Kərimlinin sosial şəbəkə üzərindən etdiyi çağırışlar mahiyyət etibarı ilə təxribat kampaniyasının tərkib hissəsidir. Onun Facebook səhifəsi təxribatçı, dövlət əlyhinə çağırışların baş qaldırdığı ən böyük platformaya çevrilib.

Müxalifətin növbəti devalvasiya təxribatı - YENİ FAKTLAR

Sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırmaq istərdik ki, devalvasiyadan sonra sosial şəbəkələrdə məqsədli şəkildə təxribat dolu informasiyalar yayılır. Bunlar müxalifətçilərin növbəti təxribat cəhdidir.

Geri dön