Ana Sayfa > Partiya > “Hətta İsa Qəmbər geri dönsə belə Müsavatın əvvəlki əzəmətini geri qaytara bilməz”
“Hətta İsa Qəmbər geri dönsə belə Müsavatın əvvəlki əzəmətini geri qaytara bilməz”18-12-2015, 09:38. Yazar: admin |
İki gün öncə mötəbər mənbədən əldə etdiyimiz məlumat əsasında "Yeni Müsavat" qəzetinin Müsavat Partiyası rəhbərliyinə qadağa qoyması və ümumiyyətlə partiya ilə bağlı hər hansı yazının qəzetdə getməməsinə göstəriş verilməsi haqqında Moderator.az - da yazı getmişdi. Həmin yazını bu linkdən oxumaq olar---moderator.az/news/111780.html Moderator.az-ın əməkdaşı mühacirətdə olan tanınmış yazar, "Yeni Müsavat" qəzetinin əsas söz silahlarından olmuş Elbəyi Həsənliyə "Sizcə bu qadağa nə dərəcədə ədalətlidir? Müsavat Partiyası buna haqq edirmi?" sualı ilə müraciət edərək aşağıdakı cavabı alıb: "Bu suala ən düzgün cavabı qəzetin siyasətini müəyyən edən baş redaktor verə bilər. Mən burada yalnız öz münasibətimi bildirəcəm. Hesab edirəm ki, “Yeni Müsavat” qəzetinin Müsavat Partiyası ilə bağlı informasiyalara önəm verməməsi məntiqli prosesdir. Çünki Müsavat Partiyası Ana müxalifət partiyası rolunu çoxdan əldən verib. Və bu partiya siyasi arenada öz mövqelərin sürətlə itirir. Bu barədə yazmışdım da. Hətta İsa Qəmbər geri dönsə belə Müsavatın əvvəlki əzəmətini geri qaytara bilməz. Faktiki bu partiya can verir. Yaxın 5-6 aydan sonra isə Müsavat Partiyası təxminən Klassik Xalq Cəbhəsi Partiyası səviyyəsində bir şey olacaq... Yəni, hesab edirəm ki, məhz qeyd etdiyim məqamlara görə “Yeni Müsavat” Müsavat Partiyasına informasiya dəstəyi vermək istəmir. Çünki Müsavatla bağlı informasiyalar oxucu üçün cəlbedici deyil. Digər mətbuat orqanlarının Müsavat Partiyasından yazmaması və ya ötəri yazması da dediklərimə sübut sayıla bilər. Etiraf olunmalıdır ki, bu partiyanın diqqətçəkən elə bir fəaliyyəti yoxdur. Bir misal deyim. Qərb İŞİD-ə qarşıdır. Amma bu terror təşkilatı barədə mütəmadi olaraq informasiya paylaşır. Niyə? Çünki İŞİD hər gün nəsə edir, haranısa patladır, harasa hücum edir, kiminsə başın kəsir və. s. Yəni, hərəkət var, dinamika var. Müsavat Partiyası isə durğunluq dövrünə qədəm qoyub... Onu da əminliklə deyə bilərəm ki, “Yeni Müsavat”ın sahibi Rauf Arifoğlu ilə Müsavat Partiyasının başqanı Arif Hacılı arasında münasibətlər tez-tez, özü də kəskin şəkildə dəyişir. Elə mənim Müsavat Partiyasında baş verən dağıdıcı proseslərə etirazıma görə bu şəxslər az qala qanlı-bıçaq olub. İsa Qəmbərlə də Rauf Arifoğlu arasında elə bu səbəbdən ixtilaf yaşanıb. Bu şəxslər Rauf bəyin vasitəsi ilə mənə təzyiq göstərirdilər. İstəyirdilər ki, mən Müsavatla bağlı tənqidi bir şey yazmayım. Halbuki yüzlərlə müsavatçı, çox-çox nüfuzlu və tanınmış insanlar bu mövzu ilə bağlı məndən də sərt yazırdılar. Rauf Arifoğlu ilə Arif Hacılının münasibətləri niyə pisdir? Məsələ ondadır ki, Rauf Arifoğlu insanı münasibətlərdə stabilliyin tərəfdarıdır. Ancaq Arif Hacılı siyasi situasiyaya uyğun olaraq insanlara münasibətini dəyişir. Arif Hacılının adamları Sosial Şəbəkələrdə Rauf Arifoğlunun və “Yeni Müsavat”ın əleyhinə açıq təbliğat aparırdılar. Elə düşünürdülər ki, bu yolla Arif bəyin gülmüsər çöhrəsi hər gün “Yeni Müsavat”ın ön səhifəsinə rövnəq verə bilər. Bəzən AXCP - “Yeni Müsavat” savaşının ən qızğın vaxtında cənab Hacılıya yaxın dairələr Rauf Arifoğluya qarşı savaşa qoşulurdu. Müəyyən danışıqlardan sonra bu proses kəsilirdi. İş o yerə çatmışdı ki, Arif Hacılı bu üsuldan Rauf Arifoğluna qarşı təzyiq və şantaj vasitəsi kimi istifadə edirdi. Bunun bir axırı olmalıydı... Bir şeyi də deyim. Müsavat Partiyasının ən güclü dönəmlərində belə mən Rauf bəyə deyirdim ki, qəzet partiya ilə vidalaşmalı və ümummilli qəzetə çevrilməlidir. Rauf bəydə bir narahatlıq hissi vardı, hətta mən onu bir siyasi qorxu kimi qəbul edirdim. Düşünürdü ki, qəzet partiyadan uzaqlaşsa Rauf bəyin əleyhdarları vahid cəbhədə birləşib ona qarşı müzəffər yürüşə başlayacaqlar. Amma bu qorxu əsasız idi. İndi şükür ki, “Yeni Müsavat” Müsavat Partiyasından uzaqlaşıb. Gördüyünüz kimi də dünya dağılmayıb. Hər şey öz axarı ilə gedir. “Yeni Müsavat”ın təsir dairəsi və oxucu auditoriyası daha da artıb. Şübhəsiz ki, bu, sistemli və peşəkar işin nəticəsidir..." Geri dön |