Ana Sayfa > Partiya > MTN-nin ləğv edilməsinə YAP-ın reaksiyası
MTN-nin ləğv edilməsinə YAP-ın reaksiyası15-12-2015, 11:43. Yazar: admin |
“Azərbaycan Prezidenti İlham Əliyevin təhlükəsizlik orqanlarının yenidən təşkili ilə bağlı fərmanları dövlət təhlükəsizlik orqanlarının daha səmərəli fəaliyyət göstərməsinə imkan verəcək”. Bu fikirləri AzVision.az-a Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, YAP rəsmisi Aydın Mirzəzadə deyib. Komitə sədrinin müavini vurğulayıb ki, Milli Təhlükəsizlik Nazirliyinin iki müstəqil təşkilata ayrılması, hər birinin qarşısına konkret məsələlərin qoyulması günün tələblərindən irəli gəlir: “Dövlət Təhlükəsizlik Xidməti sırf ölkə daxili təhlükəsizliyin təmin edilməsi, ölkə daxilində dövlətə təhdid yaradacaq bütün məsələlərin qarşısının alınması üzərində işləyəcək. Xarici Kəşfiyyat Xidməti isə Azərbaycan qarşı xaricdən olan və ya ola biləcək istənilən kəşfiyyat hərəkətlərinin qarşısının alınmasına xidmət edəcək. Azərbaycan təhlükəsizlik orqanlarının böyük tarixi var və bu struktur daim dövlətçiliyə, öz xalqına xidmət nümunələri ortaya qoyub. Həmişə dövlət təhlükəsizlik oraqnlarına cəmiyyətdə böyük hörmət olub”. A.Mirzəzadə “Mahmudovçu” qruplaşmanın keçmiş MTN-nin nüfuzuna kölgə saldığını bildirib: “Təəssüf ki, son dövrlərdə “Mahmudovçu” qruplaşmasının həmin orqanın fəaliyyətinə kölgə salacaq hərəkətləri narahatlıq doğrururdu. Amma, ölkə başçısının vaxtında bu qruplaşmanı ifşa etməsi, onlara qarşı sərt cəza tədbirlərinin görülməsi, həmçinin həmin orqanların dövlətçiliyə bağlı, öz işinə məsuliyyətlə yanaşan kadrlarla möhkəmləndirməsi təhlükəsizlik orqanlarının əvvəlki nüfuzunun qaytarılmasına və daha da yüksəldilməsinə imkan verəcək. Hesab edirəm ki, təhlükəsizlik orqanlarının yenidən qurulması bir tərəfdən dünya təcrübəsinə əsaslanır, digər tərəfdən isə Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsinin daha effektli və uğurlu olmasına imkan verəcək”. Qeyd edək ki, prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Ölkə başçısının fərmanı ilə MTN-nin əvəzində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb. Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamlara əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər. Geri dön |