Ana Sayfa > Partiya > “Hər dəfəkindən daha qərarlı yöntəmlə Türkiyənin yanında olmalıyıq”
“Hər dəfəkindən daha qərarlı yöntəmlə Türkiyənin yanında olmalıyıq”26-11-2015, 10:11. Yazar: admin |
Tanınmış ziyalı, türkoloq, filologioya elmləri doktoru, professor, keçmiş təhsil naziri Firudin Cəlilov da kəskinləşən Türkiyə - Rusiya münasibətləri fonunda Azərbaycanda da qızışan müzakirələrə qatılaraq baş verənləri öz arşınıyla ölçüb: "Rusiya uçağının vurulmasına müxtəlif baxışlar var, ancaq gerçək durum budur ki, ruslara Türkiyə sınırını keçməsi haqqında əvvəllər də xəbərdarlıq edilmişdi (bunu rus rəsmiləri də etiraf edir), vurulan uçağın pilotuna da 10 dəfə xəbərdarlıq edilib (bunun da səs yazısı vardır), sonuc isə bəllidir. Bir müddət öncə Türkiyə uçağı da Suriya sınırını keçdiyi üçün vurulmuşdu, lakin Türkiyə bu olayı şişirtmədi. İndi də Rusiya öz taqsırı üzündən uçağını itirdi. Bu olayda Rusiyanı deyil, Türkiyəni qınamaq nə hüquqi, nə də siyasi baxımdan doğru deyil. Özəlliklə, biz - Azərbaycan olaraq hər dəfəkindən daha qərarlı yöntəmlə Türkiyənin yanında olmalıyıq və imkan daxilində Rusiya-Türkiyə arasında yaranmış qarşıdurmanı yumşaltmaq yönündə müəyən iş görməliyik, çünki qarşıdurma hər iki ölkəyə ziyan verəcək". Geri dön |