Ana Sayfa > Ölkə / Manşet > "MTN işi" "Azeurotel" rəhbərliyini də cəncələ salıb: Həbslər ola bilər
"MTN işi" "Azeurotel" rəhbərliyini də cəncələ salıb: Həbslər ola bilər11-11-2015, 10:28. Yazar: admin |
"MTN işi" çərçivəsində "Azeurotel" şirkəti ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin həbsdə olan rəhbəri Beytulla Hüseynovun qaranlıq əməlləri ciddi şəkildə araşdırılır. ANAXEBER.az saytı məlumat yaymışdı ki, bu şirkətlə Beytulla Hüseynovun ortaq qaranlıq əməlləri var. Beytulla Hüseynov məhz "Azeurotel" vasitəsilə milyonlarla manat vəsaiti mənimsəyib. Yeni məlumatlarda deyilir ki, artıq bu əməllərin bir qisminin üstü açılıb. Ehtimal olunur ki, yaxın günlərdə "Azeurotel"də də həbslər həyata keçiriləcək. Məlumat üçün deyək ki, Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. Məlumata görə, Beytulla Hüseynov "Azeurotel"dən Eldar Mahmudovun maraqları üçün də istifadə edib. Geri dön |