Ana Sayfa > Ölkə / Manşet > Vidadi İsayevin müavini olmaq istəyənlərin davası...
Vidadi İsayevin müavini olmaq istəyənlərin davası...4-04-2015, 12:05. Yazar: admin |
Bərdə rayonunda kreslo uğrunda məmurlar arasında mübarizə şiddətlənir. Rayonda aparılan abadlıq işlərinin cavabdehliyini üzərinə götürən bir sıra məmurlar artıq icra başçısının müavini olmaq üçün əsl mübarizəyə girişiblər. Məlumatlara əsasən icra başçısı Vidadi İsayev sanki özünə müavin götürmək üçün bu vəzifəni hərraca çıxarıb, GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir ki, başçı müavin olmaq istəyən yerli məmurlar arasında əsl «rəqaböət imkanı» yaradıb və onların hansı «abadlıq» üçün daha çox pul qazansalar onu da özünə müavin götürəcək. İnformasiyalar görə, Bərdə Sığorta idarəsinin müdiri İlqar Alırzayev və Həsənqaya kənd icra nümayəndəsi Məhərrəm Nərimanov icra hakimiyyəti başçısının müavini İlham Məmmədovun yerinə keçməkdən ötrü var qüvvələri ilə çalışırlar. İlqar Alırzayev və Məhərrəm Nərimanov kənddə yaşamalarına baxmayaraq, hər gün mütləq səhər 9:00-da İcra hakimiyyətinin qarşısında mütləq görünməlidirlər. Heç bir idarəçilik təcrübəsi olmayan İlqar Alırzayev kimlərinsə xahişi nəticəsində idarə müdiri olandan sonra rayonun təhsil, səhiyyə, mədəniyyət idarələrindən məcburi qaydada yığılan vəsaiti özü bildiyi kimi xərcləyir və deyirki yuxarılara hesab verirəm. Müdir keçəndən sonra da özünə təzə maşın alıb. Onun dediyinə görə, rəhbərliklə münasibəti yaxın olduğundan ona müavin vəzifəsi təklif olunub və bu yaxınlarda həll olunacaq. Məhərrəm Nərimanovda bu xəyallarla yaşayır və kənddə şaiə buraxır ki, mənə müavin vəzifəsi söz verilib və tezliklə təyinat olacaq. Hətta medal aldığını da vurğulayaraq bildirirki, bu müavinlik yolunda bir körpüdür. Məhərrəm Nərimanov hər səhər Həsənqaya kəndindən icra hakimiyyəti binasına kimi, Niva markalı şəxşı maşını ilə gəlir ki, görsün nə təzə xəbər var. Və kənddə danışaırlarki Məhərrəm Nərimanov bu maşını hansı yolla alıb, axı onun aldığı əmək haqqı onu ödəmir. Hətta icra nümayəndələri yanında özün rəhbərliyə çox yaxın adam kimi göstərərək, nə işiniz olsa mən həll edərəm deyir. Ancaq İlham Məmmədovun əsl Bərdəli oğlu kimi zəhmətkeş bir insan olduğun hamı bilir və onlar onun gördüyü işləri heç vaxt görə bilməzlər. Sadəcə bu iki nəfər artıq özlərinə köhnə işlərin yaraşdırmırlar. Ancaq dünyanın işlərin bilmək olmaz. Bəlkə indiki vəzifələridə onlar üçün müvəqqəti ola bilər. Geri dön |