Ana Sayfa > Ölkə / Manşet > Evimiz hər an uça bilər - Ucardan ŞİKAYƏT
Evimiz hər an uça bilər - Ucardan ŞİKAYƏT14-10-2015, 10:48. Yazar: admin |
""Azərsığorta"-nın Ucar filialının müdiri Oktay Hümmətov bizə düşəcək kompessasiyanı mənimsəyib və bizi süründürməçiliyə məruz qoyub". Bunu DİA.AZ-a Ucar rayonu M.Əliyev küçəsi, ev 43-də yaşayan Şıxəliyev Samir Xalis oğlu yazıb. O bildirib ki, 04 sentyabr 2015-ci il tarixdə Respublika ərazisində baş vermiş zəlzələ nəticəsində Ucar rayonu M.Əliyev küçəsində yerləşən 3 otaqlı evimə ciddi zərər dəymiş, otaqların divarlarında böyük çatlar əmələ gəlmiş, evin tavanı əyilmiş, insan yaşayışı üçün ciddi təhlükə yaranmışdır: "Evimiz hər an uça bilər. Mən evimi 07.02.2015-ci il tarixdə "Azərsığorta"-nın Ucar filialında sığortalamışam və buna dair bir illik müqaviləmizdə var. "Azərsığorta" ilə aramızda bağlanmış sığorta müqaviləsindəki şərtlərə əsasən evin zəlzələ nəticəsində zədələnməsi sığorta hadisəsi hesab olunur. Buna görə mən qanuni qaydada "Azərsığorta"-nın Ucar filialının müdiri Oktay Hümmətova müraciət etdim. O isə mənə bildirdi ki, "müqavilədə yazılsa da, sənə kömək etməyə heç bir maddi imkanımız yoxdur. İndiyə qədər görmüsən ki, sığorta şirkəti kiminsə evinə zəlzələyə görə sığorta pulu versin?" deyə mənə ironiya ilə cavab verdi". Vətəndaş bildirir ki, "Azərsığorta"-nın Ucar filialının müdiri qanunsuz işlərlə məşğuldur: ""Azərsığorta"-nın Ucar filialının müdiri Oktay Hümmətov uzun müddətdir ki, burada saxtakarlıqla vətəndaşların haqqını mənimsəyib, özünə var-dövlət yığıb. Rayonda və Bakı şəhərində bir neçə yerdə evlər alıb, bahalı avtomobillərə sahib olub. Əsl krallar kimi yaşayır. Ancaq mənim kimi qanuni haqqını tələb edən məzlum vətəndaşları süründürməçiliyə məruz qoyub. Himayəmdə iki azyaşlı uşağım var. Zəlzələ nəticəsində qəzalı vəziyyətdə olan evim hər an uça bilər və həyatımız ciddi təhlükə qarşısındadır. Bunun da məsuliyyəti korrupsiya əməlləri ilə məşğul olan "Azərsığorta"-nın Ucar filialının müdiri Oktay Hümmətovun üzərindədir. Bu adam saxtakarlıqla, qanunsuz əməllərlə məşğul olub insanları aldadıb haqqını mənimsəyir". S.Şxəliyevin sözlərinə görə "Azərsığorta"-nın Ucar filialının müdirinin fəaliyyəti ciddi şəkildə yoxlanmalıdır: "Oktay Hümmmətovun fəaliyyətinın ciddi yoxlanılıb barəsində qanuni tədbirlər görülməsinə zərurət var. Onun fəaliyyəti nəricəsində vətəndaşlarda sığorta şirkətlərinə inamsızlıq yaranır. Mən "Azərsığorta"-nın Ucar filialının müdiri Oktay Hümmətovun korrupsiya əməlləri barədə Prezidentə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişəm. İnanıram ki, bu korrrupsioner barədə ciddi tədbirlər görüləcək. Mətbuat vasitəsi ilə müraciət edib vətəndaşlara xəbərdar edirəm ki, "Azərsığorta" ya inanmayın, bu şirkət insanları aldadıb pulunu mənimsəyib saxtakarlıqla məşğuldur. Necə ki məni aldadıb pulumu mənimsəyiblər". Yazıda adıçəkilən şəxsin və qurumun da mövqeyini dərc etməyə hazırıq. Geri dön |