Ana Sayfa > Ölkə / Manşet > Gəncə Dövlət Universitetində gizli dinləmə qurğuları - ŞOK

Gəncə Dövlət Universitetində gizli dinləmə qurğuları - ŞOK


2-10-2015, 10:40. Yazar: admin
Gəncə Dövlət Universitetində gizli dinləmə qurğuları - ŞOK
Vertikal.az-a Gəncə Dövlət Universiteti ilə bağlı ilginc məqalə göndərilib. Məqalədə deyilir:
“Gəncə Dövlət Universitetində (GDU) qəribə hadisələr baş verir.Ali təhsil ocağı haqqında mətbuatda mütəmadi olaraq məlumatların yer alması artıq rəhbərliyi ciddi şəkildə narahat etməyə başlayıb.Elə bu səbəbdəndir ki, rəhbərlik bunun qarşısını almaq üçün bəzi addımlar atmağa məcbur olmuşdur.Həmin addımlardan biri də universitet müəllimlərinin gizli yolla dinlənilməsi ilə bağlıdır.Bu işi GDU-nun dekanı, rektorun «agenti və casusu» kimi ad çıxarmış İldırım Qasımov həyata keçirir. İldırım Qasımov dekan işlədiyi 2-ci mərtəbədə gizli səsyazma qurğuları və kameralar yerləşdirmışdir.Bu kameraları 2-ci mərtəbəyə daxil olan istənilən şəxs görə bilər.Bu kameralar vasitəsilə İldırım Qasımov özü binada olmasa belə, hər şey tamamilə yazılr və sonra təhlil edilir.Bu aparatlar vasitəsilə müəllimlər və tələbələr tamamilə dinlənilir.Dekan müavini ,həm də İldırımın kirvəsi Yəhya Namazov da fakültədə güdükçülük və xəbərçiliklə məşğuldur. Təsadüfən dəhlizdə iki müəllim söhbət eliyən kimi tez Yəhya onların yanına gəlir və bu müəllimlərin arasından köbələk kimi çıxır.Ona görə də fakültənin müəllim və tələbə kollektivi ona güdükçü Yəhya adını qoyublar. Halbuki ayrı-ayrı adamları gizli yolla dinləmək səlahiyyəti yalnız xüsusi xidmət orqanlarına məxsusdur. Başqa bir qurumun belə bir fəaliyyətlə məşğul olması qanunla qadağandır və bunun üçün heç də az olmayan cəzalar mövcuddur. Digər dekan müavini Elxan Ismayilovu isə İldırım Qasımov dekanlığın qapısından içəri belə buraxmır,deyir ki,mən öz fakültəmdə tərbiyə işləri üzrə dekan müavini ştatını ləgv etmişəm.İndi fakültə 4 nəfər qadın tyutorların əlində qalıb.GDU-nun rəhbərliyi barədə qərəzli və böhtan məlumatları sosial şəbəkələrdə ilk dəfə yazan da İldırım Qasımov olmuşdur.Məqsədi isə rektorun başını məqalə qalmaqalları ilə qatmaq və əl-altdan rüşvət yığmaqdır.Dekan İldırım Qasımovun başı gunduzlər rüşvət yığımına və danasatan dostu ilə yeni əməliyyatlara qarışıb,gecələr isə Gəncə ətrafı kababxanalarda can qardaşları ilə kef məclislərindədir.Növbəti yazılarımızda universitetdən olan bu can qardaşların kimliyi və kef məclislərindən çəkilmiş dekana yaraşmayan biabırçı videogörüntüləri göndərəcəyik(Aşıqlı yaxınlığındakı yeməkxana)
Gəncə Dövlət Universitetinin fizika və texniki fənlər fakültəsinin dekanı İldırım Qasımovla bağlı yetərli qədər şikayətlər olsa da, onun haqqında hər hansı bir tədbirin görülməsi indiyəcən müşahidə olunmayıb.Bildirək ki, İldırım Qasımovun neqativ işləri, ixtisası olan fizika fənnindən lazımi səviyyədə bacarığının və biliyinin olmaması da çoxdanın müzakirə olunan məsələlərindəndir. Amma son günlər onunla bağlı olduqca ilginc bir məsələ ortaya çıxıb. Və işin üstü açılsa da, yenə də hər hansı bir tədbir görülməyib. Belə ki, 11.03.2013-cü il tarixdə İldırım Qasımov Bərdənin mal bazarında heyvan satışı ilə məşğul olan dostu Eldəniz Alıyevi Gəncəyə yanına çağıraraq, ona şikayət edir. Şikayətinin məğzi də ondan ibarət olur ki, rektor Yadigar Əliyev onu incidir və belə davam edərsə, aqibəti yaxşı olmayacaq. Ona görə də, danasatan dostuna tövsiyyə edir ki, plan qurub və onun icrasında yardımçı olsun.Bu işlə bağlı Eldəniz Alıyevlə 3000 manata razılaşırlar,pulun 1500 manatı bəri başdan ödənılir,yerdə qalan 1500 manat isə əməliyyatın sonunda ödənməliymış.Eldəniz Alıyev təbii ki,öz tamahının ucbatından dostunun xahişini yerə salmır.Bir dananı satanda 10-15 manat qazanmaq hara,bir dəfəyə bahalı paltar,3000 manat qazanmaq hara?Ona görə də dərhal bu təkliflə razılaşır və rektor Yadigar Əliyevi qorxutmaq üçün planın icrasına başlanılır. İldırım Qasımov adıçəkilən şəxsi özü ilə bazara aparıb, ona yaxşı bir kostyum, ayaqqabı,qalstuk, çanta, bloknot və dəftər alaraq, abıra salır. Sonra isə geyindirib, keçindirib GDU-ya gətirir. Daha sonra isə danasatanı universitetin kollektivinə təqdim edərək bildirir ki, bəs, bu şəxs Təhsil Nazirliyindən gəlib,yoxlama aparacaq. Rektor Yadigar Əluyev də baş verəndən narahat olaraq, təcili addımlar atır. Qısa müddətdə danasatan oğlana otaq ayırır. Onun narazı qalmaması üçün isə bütün şəraiti yaradır. Eldəniz Alıyev də plana uyğun olaraq, bütün müəllim və tələbələri yanına çağıraraq, onlardan izahat alır, tələbələrin davamiyyətini yoxlayır. Lakin işin üstü çox keçmir ki, açılır. Buna səbəb isə Təhsil Nazirliyindən gələn qəfil zəng olur. Belə ki, rektora nazirlikdən zəng edən şəxs ona müəyyən bir tapşırıq verildiyini çatdırır. Amma rektor bildirir ki, Təhsil Nazirliyindən yoxlama gəlib və bu səbəbdən də həmin işi icra edə bilməz. Nazirliyin əməkdaşı isə «Biz GDU-ya heç bir yoxlama göndərməmişik» deyib, israr edincə rektor məsələni araşdırmağa başlayır. Sabiq rektor danasatan Eldəniz Alıyevini yanına gələrək, ondan kim olduğunu soruşur. Qarşı tərəf də işin üstünün açılacağını görərək, iddia edir ki, bəs, o, guya, Təhsil Nazirliyindən deyil, MTN-in təhsilə nəzarət şöbəsindən gəlib. Hətta rektoru inandırmaq üçün ona saxta sənəd də göstərir.
Təbii ki, rektor bunun tələ olduğunu anlayır və təcili olaraq MTN-nin Gəncə şəhər şöbəsi ilə əlaqə saxlayaraq, onlara məlumat verir. Nəticədə məlum olur ki, ümumiyyətlə, MTN-də belə bir şöbə yoxdur və Eldəniz Alıyev də saxtakarlıqla məşğul olub. Bu azmış kimi, universitetə polis çağırılır və İldırım Qasımovla danasatan dostu Eldəniz Alıyev Nizami rayon Polis Şöbəsinə aparılır.Bu işin təhqiqatını baş leytenant Elçin Dünyamalıyev aparıb. Həmin vaxtı Eldəniz Alıyev işin çətinə düşdüyünü görərək, bütün hər şeyi açıb, deyir. Amma maraqlıdır ki, ortada bu cür ciddi fakt varkən, məsələ təhqiqat səviyyəsindən o yana keçməyib. Və iki il bundan əvvəl baş vermiş olay bağlı olaraq qalıb.Sözügedən işlə bağlı rəsmi istintaq sənədleri də artıq əlimizdədir. Həmin sənədi yaxın günlərdə Sizə göndərəcəyik.Bundan başqa İldırım Qasımov bir dəfə də fakültəsinin müəllimlərini Gürcüstandan "vor" gətirtdirib hədələdiyinə görə istintaqa cəlb olunmuşdur.
Danasatan Eldənizlə əməliyyat nəticəsində İldırım Qasımov küllü miqdarda ziyana düşdü və bütün Gəncədə biabır oldu.Lakin İldırım müəllimin biabırçı əməlləri və yalanları bitmək bilmir ki, bilmir.
İldırım Qasımov bir müddət əvvəl universitetin genişlənmiş elmi şurasında rektor Yusif Yusibova müraciət edərək yekə-yekə deyib ki, yaxın günlərdə Sizin adınıza Koreya dövlətindən təşəkkür məktubu gələcək.Guya İldırım Samsung şirkətinin mobil telefon istehsalına“yüksək səviyyədə” səmərələşdirici təklif verib.Maraqlıdır,niyə məhz rektorun adına?Elə sənin təmir atelyenə gələydi də!
Gözlərimiz yollarda qaldı, təşəkkür məktubu gəlmədi.Fakültə dekanı İldırım Qasımov I kursa yeni qəbul olunmuş tələbələrlə söhbətdə də “quyruqlu yalan” danışıb,belə ki,guya "Samsung " şirkəti onun ixtiralarına görə hər ay 5000 manat (niyə dollarla yox?) mükafat verir.
Kül başına ay dünya şöhrətli "Samsung"!
Gör kimin ixtiralarına möhtac qalıbsan.Axı İldırım adi televizor təmiri ustasıdır,evlərə sputnik antenaları quraşdırır.İldırım Qasımovun təmir atelyesində “çifravoy” ölçü cihazları, müasir payalniki və avtomat vint açanı var.Gedib yüksək səviyyəli “təmir işləri” ilə məşğul olub, "çak-çukunu" etmək əvəzinə danasatanla iş əlbirliyinə gedir biabırçı yalanlar danışır. GDU-nun tədris binalarında yeni tədris ilinə hazırlıq məqsədi ilə keyfiyyətli təmir işləri aparılıb.Lakin fizika fakültəsindən daxil olan məlumata görə dekan İ.Qasımov utanmadan bu fakültədə aparılan təmir işlərinin onun pulu ilə aparıldığını deyərək,növbəti “ağ yalan ” söyləyib.Deyib ki,mən evimin pullarını gətirib fakültənin remontuna tökürəm. Nədir, indi də GDU sənə möhtac qalıb?Maraqlıdır,bu qədər biabırçılıqdan sonra bir neçə gün bundan öncə danasatan Eldəniz yenədə dekan İldırım Qasımovun kabinetində olub,yəqin növbəti əməliyyatın planlarını cızırmışlar.Bəxtinizi bir də sınayın, cənab İldırım Qasımov.....
Ayıbdır! Bəsdir, yetər !
Maraqlıdır ki, belə bir "agılın" sahibi hələ də fakültə dekanıdır.
Sebinə Əliyeva(GDU)”

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri dön