Ana Sayfa > Ölkə / Manşet > Suraxanı Qaz İstismar Sahəsində qaz vurub qazan doldurmaq istəyənlər varmış...
Suraxanı Qaz İstismar Sahəsində qaz vurub qazan doldurmaq istəyənlər varmış...21-09-2015, 10:37. Yazar: admin |
Suraxanı rayonunda qaz vurub qazan doldurmaq istəyən bir məmurla bağlı Moderator.az - a şikayət məktubu daxil olub. Suraxanı Qaz İstismar Sahəsinin baş mühəndisi İsmayıl İsgəndərov vəzifəsindən sui - istifadə edərək qanunsuz yolla haram pullar qazanır. Bunu saytımıza Suraxanı rayonu Qaz İstismar Sahəsinin baş operatoru Allahverdi Nağı bildirib: "Sizə göndərdiyim bu şəkillərin hamısı Suraxanı rayonunda çəkilib. Gördüyünüz kimi burada açıq - aşkar qaz xətlərinin müəyyən hissəsinin rənglənmədiyi görsənir, çünki onların hamısı yamaqdır. Dövlətin çəkdiyi işlər başa çatdıqdan sonra görülən işlərdi. Sonrası isə Suraxanı rayon Qaz İstismar Sahəsinin baş mühəndisi İsgəndərov İsmayılın əlinin işidir. Özbaşına dövlətə məxsus borulardan istifadə edib əlavə pullar qazanır. Belələri çoxdur. Əgər texniki şöbədən lahiyəni götürüb yoxlasalar çox şeylərin üstü acilar. Hələ bu azmış kimi, sayğacları çıxarıb rezin boru ilə qoşub sayğacın qutusun bağlayıblar ki, görünməsin. Sonra da deyirlər ki, qazın itkisindən xəbərimiz yoxdur. Bəs bu nədir, hörmətli İsmayil müəllim, kimi inandıra bilərsən ki, bundan xəbərin yoxdur? Təbii ki, var və bunlara şəraiti özü yaradır. Təbii qazın itkisinə birbaşa məsuliyyəti özü daşıyır. Bu İsmayil kimdir? Deyilənə görə əvvəlki iş yerlərində əyyaşlıq edirmiş. Xətai rayonunda qaz qəza rəisi, sonra necə olubsa baş mühəndis olub. Sonradan müəyyən vaxt işsiz qalib. Hansısa sehrli əlin vasitəsi ilə insan resurslarında imtahan verib. 7 bal yığıb və sonra onu göndəriblər bizim Suraxanı rayonuna baş mühəndis. Bunları mən eşitmişəm, hər halda İsmayıl müəllimin şəxsi işi araşdırılsa yaxşı olar. Deyilənə görə ona uzanan sehrli əl "Azəriqaz"da yüksək post tutur. Mən inanmıram ki, bunlardan Dövlət Neft Şirkətinin prezidenti, millət vəkili Rövnəq Abdullayevin xəbəri olsun. Əgər xəbəri olsa nə İsmayılı, nə də onun himayədarını əfv etməz. Mən burdan üzümü tutub Prezidentə, Rövnəq Abdullayevə, daxili işlər nazirinə, baş prokurora, milli təhlükəsizlik nazirinə müraciət edirəm. İsmayıl İsgəndərov haqqında ölçü götürülməsi üçün aidiyyatı üzrə göstəriş verəsiniz." Geri dön |