Ana Sayfa > Ölkə / Manşet > “Baku Electronics” müştərilərə saxta telefonlar satır - iddia

“Baku Electronics” müştərilərə saxta telefonlar satır - iddia


8-08-2015, 11:49. Yazar: admin
“Baku Electronics” müştərilərə saxta telefonlar satır - iddia
"Baku Electronics" Mağazalar Şəbəkəsi haqqında ötən günlərdə geniş yazı dərc etmişdik. Yazıdan sonra redaksiyamıza bu mağazalar şəbəkəsinə aid müxtəlif mallarının saxta olması ilə bağlı ilging məlumatlar daxil olmaqdadır.

Son zamanlar paytaxtın bir sıra yerlərində fəaliyyət göstərən məişət avadanlıqları satan mağaza şəbəkələrinin sayı çoxalıb. Bunlardan biri də "Baku Electronics" Mağazalar Şəbəkəsidir.

Bizə verilən məlumata görə, sözügedən mağaza əvvəllər keyfiyyətli işiylə digər mağaza şəbəkələrindən kəskin şəkildə fərqlənirdi. Belə ki, istehlakçılar "Baku Electronics" MMC-nin xidmətlərindən razı idilər. Bu da ondan irəli gəlirdi ki, yeni açılanda mağaza müştəri toplamaq üçün maksimum dərəcədə yaxşı xidmət göstərməyə çalışırdı.

Lakin kifayət qədər müştərisi olan mağaza artıq özünə güvənərək fəaliyyətində ciddi nöqsanlara yol verməyə başladı. Bu isə sözsüz ki, mağazalar şəbəkəsinin bazarına da mənfi təsir göstərməyə başladı. Təəssüf ki, son zamanlar sözügedən ticarət obyektinin fəaliyyətində nöqsanlar aşkar edilməkdədir.

1. Bizə verilən məlumatlarda bildirilir ki, müştərilər oradakı məhsulların keyfiyyətindən narazıdırlar. Əvvəlki kimi keyfiyyətli məhsul satmırlar.

2. Yalançı endirim kampaniyaları adı altında vətəndaşları aldadırlar.


3. Məhsullar faizsiz, ilkin ödənişsiz satılır yazılsa da, hansısa məhsulu aldıqda məhsul vitrində göstərildiyi qiymətə deyil, ondan yüksək qiymətə başa gəlir. Soruşanda isə komisyon haqqıdır deyərək müştəriləri aldadırlar. Müştəriyə isə bütün bunlar alqı-satqı sənədləri yekunlaşandan sonra agah olur. Onda da artıq gec olur.


4. Bundan başqa "tək şəxsiyyət vəsiqəsilə məhsulları kredit yoluyla əldə et" kimi elanlar verirlər. Lakin mağazaya daxil olub hansısa malı kredit vasitəsilə almaq istədikdə aydın olur ki, başqa kimsə zamin durmalıdır, bundan başqa evdə şəhər telefonu olmalıdır, iş yerin olmalıdır və s tələblər irəli sürürlər. Bu cür vasitələrlə vətəndaşların qızıl vaxtını alırlar. Əgər bu cür tələblər irəli sürüləcəksə, niyə yalançı reklamlarla istehlakçıların hüquqlarını pozurlar.


5. Bizə verilən informasiyalara görə, "Baku Electronics" Mağazalar Şəbəkəsi zəmanət məsələsində də müştərilərinə kələk gəlir. Məhsullara bir, iki, üç illik zəmanət verən mağaza qısa zaman içərisində xarab olan məhsulları dəyişdirmir. Təmir etdikdə isə detalların olmadığını bəhanə gətirərək təmir vaxtını uzadır. Beləliklə məlum olur ki, "Baku Electronics" şirkəti oyunbazlıqla, süründürməçiliklə məşğul olur.

Bundan başqa əldə etdiyimiz məlumata görə, "Baku Electronics "Mağazalar Şəbəkəsi son bir ildə satdığı malları Sədərək Topdan Satış Mərkəzindən alır. Malları topdansatış qiymətinə aldığı üçün bu şirkətin gəlirlərinə elə də təsir etmir. Artıq kredit monopoliyasını əlinə aldığı üçün satdığı avadanlıqların üstündə dəyərindən iki dəfə çox qiymət qoyan mağazalar şəbəkəsi əslində heç nə itirmir, əvəzində isə vergidən yayınmaq üçün bütün imkanları əldə etmiş olur.

Bu faktları dərc etdikdən sonar reaksiyamıza gələn zənglərin ardı-arası kəsilmir


Belə ki, xanım müştəri "Baku Electronics "Mağazalar Şəbəkəsindən 6 aylıq kreditlə Apple Iphone 5S alıb. Kreditin bitmsinə lap az qalmış telefon sönür və yanmır. 1 illik zəmanəti olan müştəri dərhal mağazalar şəbəkəsinə üz tutur. Mağazadan isə xanımı MTS servisə yönləndirilər. Burda baş verənlər isə xanımı lap dəhşətə gətirib. Belə ki, servis telefonun 150 AZN müqabilində düzəltməyi “tövsiyyə” edir. Xanımın razılaşmadığını görən servis işçiləri telefonu dərhal geri götürməsini tələb edirlər. Yenidən "Baku Electronics "Mağazalar Şəbəkəsinə üz tutan xanım servisdə baş verənləri mağazaya nəql edir. Lakin mağaza telefonu servisdən götürməməyi “məsləhət” görür. Xanım müştəri ətrafında Apple Iphone 5S smarfonu işlədən hər kəslə başına gələnləri bölürşür. Onlar isə telefonun orginal olmadığını və təmir ediləcəyi təqdirdə yenidən sıradan çıxacağını bildirirlər. (7News.az)

Geri dön