Ana Sayfa > Ölkə / Manşet > Sabirabada MəQATİL qənim kəsilib...
Sabirabada MəQATİL qənim kəsilib...5-08-2015, 13:36. Yazar: admin |
Sabirabad sakinləri DİA.AZ-a şikayətçi düşüblər. Onların narazılığı yerli işıq idarəsindən "Azərişıq"ın Sabirabaddakı rəhbər-nümayəndəsi Yunusov Məqatildəndir. ki Dia.az-a müraciət edən Sabirabad sakinləri bildirir ki, son iki gün ərində rayonda ciddi işıq problemi yaranıb. Sakinləri deyir: "Nə evlərimizi sərinlədə bilirik, nə zülümlə tapdığımız ərzağımızı sərində saxlaya bilirik. İki gündən bir işıqlarımız kəsilir, fasilələrlə verilir". Sakinlər bildirir ki, bununla bağlı yerli işıq idarəsinin müdiri Məqatil Yunusova müraciət etmələrinə isə peşman olurlar: "Sanki böyük bir işin sahibi kimi qarşısına çıxanı hədələyir, kimsədən çəkinmədiyini açıq şəkildə bəyan edir". Şikayətçi düşən sakinlər bildirir ki, "Azərişıq"ın rəisi rəsmən Sabirabad sakinlərini üsyana körükləyirlər: "Sanki məqsədli şəkildə naerazılıq yaradırlar ki, xalq etiraza qalxsın. Bizi bu istidə işıqla sımağa çəkənlər hansısa məsuliyyəti dərk edirlərmi?" Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Geri dön |