Ana Sayfa > Ölkə / Manşet > Abbas Abbasov həbs ediləcək

Abbas Abbasov həbs ediləcək


17-07-2015, 11:12. Yazar: admin
Abbas Abbasov həbs ediləcək
Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun həbsinə hazırlıq görülür. Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, Azərbaycan iqtidarı parlament seçkilərinə qədər Abbas Abbasovun həbsini reallaşdırmaq istəyir.

Məlumatda bildirilir ki, baş nazirin keçmiş birinci müavini əvvəl Kremlə görə toxunulmaz idisə artıq Azərbaycan hakimiyyəti üçün bu maneə aradan qalxıb. Rusiya ilə münasibətlərdə Abbas Abbasovdan imtina Azərbaycan tərəfdən əsas şərtlərdən biri idi. Kreml bu şərti qəbul etmək məcburiyyətində qalıb. İddialara görə, son günlər Abbas Abbasova qarşı hücumların güclənməsi də həbs planının tərkib hissəsidir.

Məlumatda deyilir ki, baş nazirin keçmiş birinci müavininin qardaşı Nadir Abbasovun həbsi, digər qardaşının isə nəzarətdə saxlanılması ehtiyat variantdı. Məlumata görə, Abbas Abbasovun özünün də baş verənlərdən xəbəri var. O, "Milyarderlər İttifaqı"nı buraxmaqla hakimiyyəti yumşaltmağa çalışsa da, Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun sərt açıqlamaları göstərdi ki, iqtidar heç bir güzəştə getmək niyyətində deyil.

Geri dön