Ana Sayfa > Ölkə / Manşet > Elmar Vəliyev və daha iki icra başçısı ilə bağlı maraqlı iddia

Elmar Vəliyev və daha iki icra başçısı ilə bağlı maraqlı iddia


16-07-2015, 12:10. Yazar: admin
Elmar Vəliyev və daha iki icra başçısı ilə bağlı maraqlı iddia
Qafqaz Xəbər Agentliyinin redaksiyasına Gəncəbasar zonasından çox maraqlı məlumat daxil olub.

Şəmkir sakini Rəhim Rəhimov və onun buyruqçuları Gəncəbasar zonasındakı maddi çətinliklərdən, böhrandan sui-istifadə edərək 3 rayonun (Gəncə, Şəmkir və Göygöl ) sakinlərinin mal-mülklərini dəyər-dəyməzinə alırlar.

Görəsən, Rəhim Rəhimov kimdir və bu qədər ilkin kapitalını hardan əldə edib ki, 3 rayonda mülklərə sahib olur..?

Araşdırmalarımız onu göstərdi ki, bu şəxsin əsl sənəti muhasiblik olub. Ancaq sonradan Rəhim Rəhimov Rusiyadan Gəncəbasar zonasına “qaçaqmal” yolu ilə taxta gətirməyə başlayıb və ilkin kapital həmin yolla əldə edib. Bu gün Rəhim Rəhimov miliyonlara sahibdir. Amma maraqlıdır ki, bu şəxsin nə özünün, nə də yaxınlarının adına heç bir bankda krediti yoxdur. Belə olan halda bu şəxs belə möhtəşəm biznesi necə qura bilir, 3 rayonu necə “işğal” edir..? Axı, məlumdur ki, sahibkarların çoxu əsasən dövlətin ayırdığı kreditlər vasitəsilə bizneslərini qururlar.

Təsəvvür edirsiniz, Gəncə şəhərində, Şəmkirdə və Göygöl rayonunda Rəhim Rəhimovun ofisləirnin qarşısında camaat növbəyə durur ki, sonuncu ümid yeri olan mal-müklərini dəyər-dəyməzinə Rəhim Rəhimova satsınlar.

Rəhim Rəhimov Şəmkir camaatının əmlakını dəyər-dəyməzinə alanda onlara deyir ki, mən Alimpaşanın ( rayonun icra başçısı ) qara muhasibiyəm, onun bütün qaranlıq maliyyə işlərini mən aparıram. Göygöldə olanda isə oranın camaatına deyir ki, Gəncə-Şəmkir DYP postunun yaxınlığında Göygölün ərazisində rayonun icra başçısı ilə şərikli tikinti materialları bazarı açmışam.

Gəncə şəhərində isə camaata deyir ki, Elmar Vəliyevin “qara muhasib”iyəm.

Məlumat üçün bildirək ki, Rəhim Rəhimov Gəncə şəhərində Tağıyev Moll ticarət mərkəzinin 70 faizinə sahibidir, Gəncənin Nizami küçəsində iki mərtəbəli dörd dükanı, Gəncə -aeroport yolunun üstündə “Mercedes” avtomobil salonu, Şəmkir rayonunda yanacaqdoldurma məntəqəsi, Şəmkirdə şadlıq sarayı, Gəncə-Tovuz yolunda 72 hektar əkin sahəsi, Şəmkir-Tovuz yolunun üstündə 1 hektarlıq tikinti materialları bazarının içində satış sahəsi, Gəncə-Bakı yolunda Yevlax avtovağzalını keçən kimi tikinti materialları bazarı. Üstəlik Bakı şəhərində isə Torqovı küçəsində 6 dükanı, “Caspian” ticarət mərkəzində 4 obyekti var.

Bütün bu obyektlərin icarə haqqlarından hər ay Rəhim Rəhimov 500 min dollar pul yığır. Tikinti bazarında taxta alverindən başqa Rəhim Rəhimovun digər biznesi də var. O Ukrayna istehsalı olan dəmir-armatur biznesi ilə də məşgul olur.

Gəncəbasar zonasının camaatı maraqlı bir epizod da danışır. Onların dediyinə görə, Rəhim Rəhimov başçının yanından çıxan kimi, mütləq nümayişkaranə şəkildə polis rəisi ilə görüşə gedir, yəni mən “odda yanmaz, suda batmaz”am. Camaata göstərmək istəyir ki, məndən şikayət etməyin faydası yoxdur.

Sözün düzü, son günlər Rəhim Rəhimovla bağlı redaksiyamıza daxil olan məlumatlar səngimək bilmir. Gələn yazımızda Gəncəbasar zonasında özünə “Qara Muhasib” ləqəbini qoyan Rəhim Rəhimovla bağlı şok məlumatları təqdim edəcəyik.

Geri dön