Ana Sayfa > Ölkə / Manşet > Bərdə rayon İcra hakimiyyətinin mühafizəçisi niyə işdən çıxarıldı?!
Bərdə rayon İcra hakimiyyətinin mühafizəçisi niyə işdən çıxarıldı?!8-07-2015, 11:37. Yazar: admin |
Vertikal.az-a Bərdə rayon icra hakimiyyətində baş verən maraqlı bir hadisənin təfərrüatı haqda onformasiya göndərilib. Həmin xəbəri təqdim edirik: “İcra başçısının köməkçisi başçının yanına gələnləri kiməsə xəbər verdiyi üçün Roman adlı mühafizəçidən şübhələnir və bu barədə başçıya məlumat verir. V.İsayev mühafizəçini otağına çağırır, onun telefonunu əlindən alır və bunu ondan soruşur. Mühafizəçi bu göstərişi ona Fəqət Şadlinskayanın verdiyini bildirir. Göstəriş verdiyi gündən başçının qəbuluna gələnləri telefonla Fəqət Şadlinskayaya bildirən mühafizəçi telefonundakı görüntüləri də başçıya göstərir, lakin həmin görüntülərin başqası tərəfindən çəkildiyini bildirir. İsgəndər İsmayılovun görüntülərini görən başçı bərk əsəbləşir,mühafizəçinin telefonunu qırır və işdən qovur. İşsiz qalan mühafizəçinin qohumları şikayət edəcəklərini bildirirlər, lakin Fəqət xanım Şadlinskaya onu işinə bərpa edəcəyini vəd edərək onları müvəqqəti olsa da sakitləşdirir. Günlərdir ki, Bərdə rayon İcra hakimiyyətində ümumi şöbə müdiri işləyən İsgəndər İsmayılovun işdə əxlaqsız hərəkətlərinin telefona çəkilib görüntülənməsi rayonda söz söhbətə səbəb olub və böyük rezonans yaradıb.Tərtər rayonundan olan İ.İsmayılovun Bərdədəki bu hərəkətlərini hazırda 7-dən 70-ə əhalinin telefonlara köçürməsi və görüntülənməsinin pis sonluqla nəticələnəcəyi hiss edilir. İflic vəziyyətinə qoyulan Bərdə rayon İcra Hakimiyyəti artıqcan verir. Allah bərdəliləri qorusun”. Geri dön |