Ana Sayfa > Ölkə / Manşet > Cəlilabad TKQ “Aztelekom” İB-yə qarşı

Cəlilabad TKQ “Aztelekom” İB-yə qarşı


6-07-2015, 10:54. Yazar: admin
Cəlilabad TKQ “Aztelekom” İB-yə qarşı
Bu gün respublikanın rayon və şəhərlərində vətəndaşlara keyfiyyətli xidmət göstərmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bir sıra islahatlar həyata keçirilir. Lakin nazirliyin tabeliyində olan bəzi struktur bölmə rəhbərlərinin səriştəsizliyi, yol verilən özbaşınalıqlar və korrupsiya halları hələ də təcili həllini gözləyən ciddi problemlərin olması faktını da diqqət mərkəzinə çəkir. Bu baxımdan Cəlilabad telekommunikasiya qovşağı da fəaliyyəti son dərəcə qeyri-qənaətbəxş kimi qiymətləndirilən müəssisələr sırasındadır. Təsadüfi deyildir ki, bu rayonun rabitə sistemində movcud olan problemlər, eləcə də qovşağın rəisi Zaur Məmmədovun yol verdiyi ciddi qanun pozuntuları son vaxtlar ölkə mətbuatının da diqqətini cəlb etməkdədir. Rayonda rabitə xidmətlərinin aşağı səviyyədə olması, vətəndaşların bu sahəyə olan tələbatının ödənilməməsi mövcud problemlərin bir hissəsidir. Bununla belə mətbuatda yayımlanan məlumatlarda da bilidirildiyi kimi Zaur Məmmədov bu vəziyyətə görə məsuliyyəti öz üzərinə götürmək niyyətində deyil. Belə ki, Zaur müəllim verdiyi açıqlamalrda bu sahənin ölkədə ümumiyyətlə zəif inkişaf etdiyini tez-tez vurğulayır. Cəlilabadın telekommunikasiya sistemində yaşanan problemlərin bütün digər rayonlarda da mövcud olduğunu iddia edən qovşağ rəisi dolayısı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcədə “Aztelekom” İB-nin rəhbərliyinin problemlərin həllinə, vətəndaşların müraciətinə yetərincə diqqət ayırmadıqlarını vurğulayır. Amma rayon sakinləri bu fikirdədirlər ki, telekommunikasiya qovşağının rəisi bu bəhanələri sadəcə işə öz etinasız münasibətinə bəraət qazandırmaq üçün gətirir. Belə münasibət isə ilk növbədə Zaur Məmmədovun iş günü ərzində saatlarla öz iş yerində tapılmamasıında təzahür edir. Redaksiyamıza daxil olan məlumatlarda isə Cəlilabad Telekommunikasiya Qovşağının rəisinin ümumiyyətlə vəzifə borclarının öhdəsindən gələ bilmədiyi, daha dəqiq desək bu vəzifə borclarının nədən ibarət olduğunu belə bilməməsi haqda faktlar öz əksini tapmaqdadır. Məlumatlarda bildirilir ki, qovşağ rəisi iş vaxtının çox hissəsini rayonun səfalı guşələrində yerləşən əyləncə-istirahət mərkəzlərində keçirməyə üstünlük verir. Ona həvalə olunmuş strukturun işini kiçik rəhbər işçilər yönləndirdikləri səbəbindən, yuxarı instansiyalara təqdm olunan hesabat və məruzələrin məzmunu belə bu məmur üçün qeyri-müəyyən və anlaşılmaz qalır. Qeyd etmək lazımdır ki, Zaur Məmmədovun kütləvi informasiya vasitələrinə verdiyi məlumatlara inansaq, Cəlilabad TKQ-nın fəaliyyətini kifayət qədər qənaətbəxş də hesab etmək olar. Lakin rayondakı mənbələr iddia edirlər ki, hesabalarda təqdim olunan rəqəmlər şişirdilmişdir. Təklif olunan xidmətlər, xüsusilə də internet xidmətləri isə çox aşağı keyfiyyətdədir. Digər tərəfdən isə az-çox görülən işlər barədə ümumi təsəvvürü belə Zaur Məmmədov sırf tabeliyində olan əməkdaşların hesabatlarından alır. Lakin artıq qeyd etdiyimiz kimi ölkədə gedən mütərəqqi proseslər, hər gün artan yeni tələbatlar korrupsioner məmurların gözlərinin doyacağı vaxtı gözləyə bilməz. Buna görə də mövcud problemlərn həlli üçün ilk növbədə “Aztelekom” İB-nin rəhbərliyinin tətbiq etdikləri kadr siyasətində müəyyən zəruri dəyişikliklərə ehtiyac duyulduğunu demək olar.

Geri dön