Ana Sayfa > Ölkə / Manşet > Telekommunikasiya Qovşağında ailə korrupsiyası – SUMQAYIT
Telekommunikasiya Qovşağında ailə korrupsiyası – SUMQAYIT26-06-2015, 13:08. Yazar: admin |
Sumqayıt Telekommunikasiya Qovşağında qanunlar ayaq altına atılıb. Vertikal.az Jam.az-a istinadən xəbər yayıb ki, qovşağın rəisi Akif Əsgərov və müavini Azər Əliyev idarədə ailə podratı yaradıblar. Akif Əsgərov qardaşı oğlu Nurlan Əsgərovu Sumqayıt TKQ-nin marketinq şöbəsinə müdir təyin olunub və xeyli müddətdir həmin vəzifədə çalışır. Əsgərovun müavini Azər Əliyev isə TKQ-nin abunə şöbəsinə öz qardaşını rəis gətirərək, onu işlə təmin edib. Vahid Əliyevin bu posta təyinat almasından əlavə, işə götürülən sürücülər də elə Əsgərovla Əliyevin yaxın qohumlarından ibarətdir. Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda qohumların birgə işləməsi qadağan edilir. Həmin qanunun 7-ci maddəsində açıq şəkildə qeyd edilir ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olanlar heç bir vəzifə tuta bilməzlər. Geri dön |