Ana Sayfa > Ölkə / Manşet > Abidin Fərzəliyev prezidentə qarşı təxribat törədir?

Abidin Fərzəliyev prezidentə qarşı təxribat törədir?


19-06-2015, 11:47. Yazar: admin
Abidin Fərzəliyev prezidentə qarşı təxribat törədir?
İcra başçısı Abidin Fərzəliyev müavinləri ölkədə beynəlxalq miqyaslı yarışlar keçirildiyi ərəfədə sosial gərginlik yaradır. Poliuteranla üzlənmiş binaların söküntüsündə iştirak edən fəhlələr halal haqqını ala bilməyib. Tia.az-ın əldə etdiyi məlumata görə, iyunun 17-də aksiya keçirən ustaların əmək haqlarının mənimsənilməsində Nərimanov RİH məmurlarının iştirakı olub. Onlar Avropa Oyunları keçirilən bu günlərdə Prezidentə qarşı təxribatçı addım ataraq fəhlələrin və ustaları ayağa qaldırıblar. Halbuki bu problemi sakit şəkildə həll edə və işçilərin maaşını verə bilərdilər. Ancaq dünyanın diqqəti Azərbaycana yönəldiyi və Qərbin bəzi dairələrində anti-Azərbaycan kampaniyasının getdiyi vaxtda A.Fərzəliyev kasıbın, fəhlənin pulunu ödəməyib. Bu isə vətəndaşları dövlətdən narazı salmaqla yanaşı, dünya mediasının diqqətini yarışlarla bərabər bu məsələyə yönəltməkdir. Ancaq icra başçısı saymazyana siyasəti ilə yalnız öz gəlirlərini hesablamağı düşünür.
Aksiya Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən binalardan birinin önündə baş tutub. Ustaların dediyinə görə, Rəhman adlı briqadir pullarını ödəyəcəyini deyib. Briqadirin gəlmədiyini görən iştirakçılar daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin qarşısına getməyi qərarlaşdırıblar. İcra hakimiyyətinə yollanan ustalar yolda briqadirlərindən biri ilə rastlaşıblar. Briqadir onlara pullarının alındığını deyib. Lakin pulları kimin almasına aydınlıq gətirməyib.


Geri dön