Ana Sayfa > Ölkə / Manşet > Cahangir Hacıyevə «dövlət sirrini yayma» ittihamı irəli sürülə bilər
Cahangir Hacıyevə «dövlət sirrini yayma» ittihamı irəli sürülə bilər6-06-2015, 07:06. Yazar: admin |
Məlum olduğu kimi, Beyləxalq Bankın ətrafında ciddi problemlər yaşanır. Problemə səbəb bankın devalivasiyadan az əvvəl böyük məbləğli kreditlər verməsi olub. Daha doğrusu, 160-dan artıq iş adamına iri həcmli kreditlər verən bankın sabiq prezidenti Cahangir Hacıyev onlarla iş birliyi quraraq, «maliyyə xəyanəti» edib. JAM.AZ-ın əldə etdiyi məlumatlarda vurğulanır ki, Cahangir Hacıyevə qarşı yaxın günlərdə «dövlət sirrini yayma» ittihamı irəli sürülə bilər. Buna səbəb isə onun devalivasiyadan 10 gün əvvəl məsələdən xəbərdar olması və bu məlumatı iş adamları ilə paylaşması göstərilir. İddia edilir ki, Beynəlxalq Bankın sabiq rəhbəri məsələdən hali olduqdan sonra iş adamları ilə anlaşma əldə edib. Və onlara manatla kredit götürmələri üçün şərait yaradıb. Həmçinin iş adamlarına tövsiyyə edib ki, devalivasiya ilə əlaqədar olaraq əllərindəki manatları dollara çevirsinlər. Bu isə iş adamlarına orta hesabla 35 faizə qədər manat qazancı gətirəcəkmiş. JAM.AZ-a verilən məlumatda deyilir ki, Cahangir Hacıyevin bu addımları dövlətə orta hesabla 1,8 milyard manata yaxın zərər vurub. Məsələdən xəbərdar olan hüquq mühafizə orqanları isə təcili hərəkətə keçərək, Hacıyevlə bərabər, onunla əlbir olmuş iş adamlarının həbsini reallaşdırıb. Həmin həbslərin məqsədi ilə dəymiş zərərin qarşılanması məqsədi güdüb. Amma bu proses Cahangir Hacıyev üçün təkcə zərərin ödənilməməsi ilə bitməyə də bilər. Elə bu səbəbdəndir ki, ona qarşı «dövlət sirrini yayma» ittihamının irəli sürüləcəyi gözlənilir. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri dön |