Ana Sayfa > Ölkə / Manşet > Sumqayıt məktəblərində “rüşvət növbəsi” – ŞOK FAKTLAR

Sumqayıt məktəblərində “rüşvət növbəsi” – ŞOK FAKTLAR


29-05-2015, 11:45. Yazar: admin
Sumqayıt məktəblərində “rüşvət növbəsi” – ŞOK FAKTLAR
Sumqayıt Təhsilində baş verən özbaşınalıqlar və qanunsuzluqlar barəsində maraqlı məlumatlar daxil olub.

Vertikal.az-ın Bolgexeber.com-a istinadən yaydığı xəbərə görə, dərs ili sona çatsa da Sumqayıt məktəblərində ölkənin az qala bütün məktəblərində olduğu kimi pul yığımı və rüşvət bitmək bilmir.
Sumqayıtda orta məktəblərdə artıq indidən gələn il üçün valideynlərdən direktorlar tərəfindən pul toplanılır. Belə ki, Sumqayıt Təhsilində rüşvətin çox incə bir növü-“smen”-növbə biznesi artıq çoxdan kök salaraq çiçəklənir.
Mexanizm belədir: Tutaq ki, hansısa orta məktəbdə 60-dan çox sinif var və əksər siniflərdə şagirdlər səhər növbəsində dərsə gedir. Təbii ki, şagirdlərin çoxu və ələlxüsus onların valideynləri uşaqlarının ikinci - günorta növbəsində olmasını istəmir və məhz bu incə nüansdan məktəb direktorları çox ustalıqla istifadə edir.

Məktəb direktorları dolayısıyla valideynlərə çatdırır ki, 500 manat (aşağı siniflərdə bu rəqəm 800 manat təşkil edir) yığıb verməyən sinif avtomatik ikinci növbəyə keçiriləcək. Bir növ cəza kimi, pul vermədiyinə görə.
Beləliklə hər şagirdə adambaşına 25-30 manat pul düşür. Maraqlıdır ki, bu missiyanı adətən sinif rəhbərləri belə yox Valideyn Komitəsi öz üzərinə götürür. Hansı ki, bir qayda olaraq baş verən neqativ halları və direktorların qanunsuz əməllərini dəstəkləyirlər, daha doğrusu dəstəkləməyə məcburdurlar.

Sumqayıt məktəblərində “populyar” olan pulyığma növlərinin bəzilərinin preyskurantları belədir:
─ Şagirdin həqiqətən məktəbdə oxumasına görə verilən arayış- 0.50 qəpik
─ Şagirdin bir məktəbdən digər məktəbə keçirilərkən alınan məbləğ- 50 manat
─ 1-ci siniflərdə dərs ili başlanarkən hər uşaqdan alınan “şirni pulu”-10 manat
─ Süpürgəciyə dərs otağını süpürdüyünə görə hər şagirddən 0.20 qəpik
─ Təhsil şöbəsi tərəfindən fənlər üzrə keçirilən monitorinq zamanı hər monitorinqə görə hər şagirddən 1manat.
─ Təhsil nazirliyinin Sumqayit Təhsil şöbəsinin möhürü vurulmuş Fəxri Fərmanın qiyməti -1.50 manat (nəzərə alın ki, bu fəxri fərmanlar pulun daha çox yığılması üçün 3, hətta 2 alanlara belə verilə bilir. Təbii ki, pulun müqabilində).
─Çoxsaylı testlərə görə hər şagirddən ilboyu “150”dəfə alınan məbləğ 0.20 qəpik.
Xatırladaq ki, bu, SumqayIt məktəblərində mövcud olan rüşvət növlərinin yalnız bir hissəsidir.
Sumqayıtda orta ümumtəhsil məktəblərin sayının 50-yə yaxın olmasını, hər məktəbdə isə 1000-1500 şagird olmasını, təhsil müəssislərində 56000 min nəfər şagirdin təhsil nəzərə almasını nəzərə alsaq hər il ümumən Sumqayıt məktəblərində yığılan pulun dövriyyəsinin 100 min manatlarla ölçülməsini təxmin etmək olar.

Geri dön